Merkel: “Türkiyə strateji əhəmiyyətə malik ölkədir”

183

“Avropa İttifaqının inkişafı və çiçəklənməsi alyansa üzv olmayan qonşular ilə güçlü münasibətlərdən asılı olduğunun fərqindəyik. Bu qonşular arasında NATO üzvü Türkiyə ilk sırada iştirak etməlidir”.

Bunu Almaniya Kansleri Angela Merkel Bundestaqda çıxış edən zaman deyib.

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Cozef Borelin sözügedən çoxşaxəli əlaqələrə dair hesabat hazırladığını deyən Merkel Aralıq dənizinin şərqində cərəyan edən proseslərə də toxunub

“Son zamanlarda Kiprdə və Yunan ərazi sularında yaşanan provokatif fəaliyyətlərdən sonra Türkiyənin Şərqi Aralıq dənizində gərginliyi azaldacaq addımlar ataraq Yunanıstanla yenidən dialoq qapılarını açmasını yüksək qiymətləndiririk. Kiprin gələcəyinə dair 5+1 danışıqları Birləşmiş Millətlər Təşkilatının rəhbərliyində davam edəcək”.

İllərdir Almaniyada çox sayda türkün yaşadığına diqqət çəkən Kansler ölkəsi ilə Türkiyə arasında güçlü münasibətlərin olduğunu, buna biganə qalmamaq üçün Türkiyə ilə Avropa İttifaqı arasında yenidən yüksək seviyyədə dialoqun başladılması məsələsini müzakirə edəcəklərini vurğulayıb. \\Publika