Melkonyan: Ermənistan türklərin olacaq

42

Bir gün ermənilər türklərə məxsus olan Ermənistanda yuxudan oyanacaqlar. Hər şey tədricən buna doğru gedir.

Axar.az xəbər verir ki, bu barədə beynəlxalq münasibətlər üzrə ekspert Ruben Melkonyan Ermənistanın telekanallarından birində çıxış edərkən qeyd edib.

O deyib ki, biz yaxın vaxtlarda Ermənistanın “erməni soyqırımı”nın beynəlxalq aləm tərəfindən tanınmasını rədd etməsinin şahidi olacağıq:

“Bunların hamısı Ermənistan və Türkiyə arasında sərhədlərin açılması üçün ediləcək. Daha sonra türklər Türkiyənin, eləcə də Azərbaycanın ərazi bütövlüyünün tanınması və torpaq iddialarından əl çəkmək tələbi ilə Ermənistan qarşısında çıxış edəcək”, – deyə erməni ekspert qeyd edib.

Melkonyan Ermənistanın Türkiyə ilə iqtisadi münasibətlərin qurulması perspektivindən danışaraq, bu halda türk kapitalının Ermənistanda dominant olacağını bildirib:

“Mən istisna etmirəm ki, türklər Ermənistanda torpaq alacaq, özü də bu baxımdan İrəvanın əlverişli qanununları da var”.