Meksika hökuməti Mayya xalqından üzr istədi

42

Hurriyyet.org xəbər verir ki, Meksika hökuməti ölkənin yerli xalqlarından olan mayyalara qarşı keçmişdə edilən haqsızlıqlar və ayrı-seçkilik ilə əlaqədar üzr istəyib.

Meksikanın müstəqillik günü münasibəti ilə keçirilən xatirə mərasimlərində çıxış edən Daxili İşlər naziri Olqa Sançes Kordero deyib: “Bu gün uzun müddət yox hesab elədiyimiz bir şeyi – Mayya xalqına qarşı səhvləri və ədalətsizlikləri etiraf edirik. Tarix boyunca sizlərə qarşı edilən ədalətsizliklərə və bu gün belə zərər çəkdiyiniz ayrı-seçkiliyə görə Meksika hökuməti adından əvf edilməyimizi diləyirəm”.