“Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi hələ də fövqəladə rejimdə çalışmır” – MƏHƏMMƏD TALIBLI

63

“Pensiyaçıların aldıqları vəsaiti alman dəqiqliyi ilə əvvəlki aylar kimi həmin günə saxlayıb, ödəmək nadanlıqdır. Yaşlı insanların yaşantılarını, hisslərini anlamamaqdır”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər iqtisadçı alim Məhəmməd Talıblıya məxsusdur.

“Sabahdan elektron müraciət rejiminə keçəndə bankomatların qarşısında insan seli olacaq”

M. Talıblının sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin belə ləng ödəmə sisteminin situasiyaya qeyri-adekvatlığı onu deməyə imkan verir ki, onlar hələ də fövqəladə rejimdə çalışmırlar: “Sabahdan elektron müraciət rejiminə keçəndə də bankomatların qarşısında insan seli olacaq və deyəcəklər ki, pensiyanı almaq üçün bizə elektron müraciət edərək gedib pensiyanızı alın. Bu qərarla ödəmələr sistemini uzlaşdırmaq sizin ən mühüm vəzifəniz idi ki, onu da bacarmırsınız”.

Şamo EMİN, Huriyyet.org