Mehman Hüseynov vəzifədən azad edildi

312

İqtisadiyyat Nazirliyinə məxsus Mingəçevir Sənaye Parkının yeganə rezidenti, ölkənin aparıcı iplik istehsalçısı – “Mingəçevir Tekstil” MMC-nin direktoru Mehman Hüseynov vəzifəsindən azad edilib.

Musavat.com xəbər verir ki, şirkətə rəhbərlik Əli Əsədova həvalə olunub.

Xatırladaq ki, “Mingəçevir Tekstil” 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. Şirkət Mingəçevirdə Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında “Ring” və “Open End” üsulu ilə iplik istehsal edir.