MDU-nin “şəhər içində şəhər” olan binası – Stalin bu universitetin möhtəşəm olması üçün heç nəyi əsirgəməyib

24

Bu məkanda hələ sovet dövründə liftdən hətta Afrika ölkələrinə belə zəng vurmaq, aylarla eşiyə, küçəyə çıxmadan keyfiyyətli təhsil almaq, dünyanın ən məşhur simalarının mühazirələrini dinləmək mümkün olub. İnşa edilən zaman mehmanxana üçün nəzərdə tutulmuş binaya köşdükdən sonra isə universitet daha böyük uğurları və maraqlı hadisələri ilə yadda qalıb…

Moskva Dövlət Universiteti – bu təhsil ocağını “şəhər içində şəhər” adlandırırlar. Amma əsl şəhərlərdən fərqli olaraq onun sakinləri daim yenilənir.

Dünya universitetlərinin reytinq cədvəllərində həmişə xüsusi yeri olan Moskva Dövlət Universitetinin əsası 1755-ci ildə Rusiya imperiyasının imperatriçası Yelizaveta Petrovna tərəfindən qoyulub. Universitetin yaradılması təklifini Mixail Lomonosov və İvan Şuvalov verib. Təhsil ocağı Moskva İmperator Universiteti adlandırılıb.

Universitet Qırmızı meydanda, indiki Tarix muzeyində fəaliyyətə başlayıb. 1755-ci ildə universitetdə cəmisi 100 nəfər təhsil alıb. Tədris proqramının hazırlanmasında, elmi-yaradıcılıq işlərinin təşkil edilməsində, ümumiyyətlə universitetin bütövlükdə fəaliyyətində Mixail Lomonosov əvəzsiz xidmətlər göstərib. Amma buna baxmayaraq, uzun illə onun adı və xidmətləri dilə gətirlməyib.

 

Oktyabr inqilabından sonra universitetin fəaliyyəti yenidən təşkil olunub. 1919-cu ildə siyasi fəaliyyətinə görə universitetin bir çox müəllimləri işdən uzaqlaşdırılıb. Professor-müəllim heyəti arasında antisovet fəaliyyət göstərən alim və pedaqoqların bir çoxu isə sürgün edilib.

Sovet dövrünün ilk illərində universitetdə yaradılan yeni fakültələr təhsil ocağında tələbələrin sayını bir neçə dəfə artırıb. Məsələn, fizika-riyaziyyat fakültəsi fizika, riyaziyyat, tətbiqi riyaziyyat, mexanika fakültələrinə bölünüb. O cümlədən yeni kafedralar yaradılıb. 1934-cü ildə əsrin əvvəlində bağlanmış tarix fakültəsi yenidən bərpa olunub. 1930-cu ildə tibb fakültəsi universitetdən ayrılaraq müstəqil institut kimi fəaliyyətə başlayıb. Onun əvəzində universitetdə mikrobiologiya fakültəsi yaradılıb. 1940-cı ilə qədər universitetdə 75 kafedra, 11 elmi-tədqiqat institutu, 66 təcrübə laboratoriyası fəaliyyət göstərib.

10. Стройка.jpg (106 KB)

1940-cı ildə Moskva Dövlət Universitetinə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Mixail Lomonosovun adı verilib.

Sovet-alman müharibəsi başlananda universitetin 2 mindən artıq tələbəsi cəbhəyə yollanıb. 3 mindən artıq tələbə müdafiə istehkamlarının tikintisinə cəlb edilib. Təxminən 4-5 min tələbə müdafiə sənayesi müəssisələrində işləməyə başlayıb. Tələbə qızların əksəriyyəti kəndlərdə, kolxoz və sovxozlarda məhsul yığımında iştirak ediblər.

Müharibə illərində göstərdikləri qəhrəmanlıqlara ad çıxaran “qadın gecə aviasiya alayı” da məhz universitetin tələbə qızları tərəfindən yaradılıb. Almanlar bu alayın qızlarını “gecə ifritələri” adlandırıblar.

0_ae178_3bcb10e5_orig.jpg (148 KB)1941-ci ilin sonlarında universitet Aşqabad şəhərinə təxliyyə edilib. 1942-ci ilin avqust ayından isə Sverdlovsk şəhərində fəaliyyətini davam etdirib.üharibədən sonra Moskvada fəaliyyətini bərpa edən universitet 5 illik təhsil sisteminə keçib.

1947-ci ilin yanvar ayında SSRİ Nazirlər Sovetində Stalinin təşəbbüsü ilə Moskvada çoxmərtəbəli binaların tikintisi müzakirə olunanda Leninskie qorı – 1 ünvanında 32 mərtəbəli mehmanxana və yaşayış kompleksinin tikintisi də planlaşdırılıb. Həmin ilin iyul ayında universitetin rektoru Aleksandr Nesmeyanov Stalinlə görüşündə universitet üçün yeni binanın verilməsini xahiş edib. İki saatdan artıq davam edən görüşdə Stalin Leninskie qorı – 1 ünvanında tikiləcək kompleksin universitetə verilməsi haqqında qərar çıxarıb.

interesnyye_fakty_o_glavnom_zdanii_mgu_1.jpg (352 KB)

15 mart 1948-ci ildə Siyasi Büronun iclasında Moskva Dövlət Universiteti üçün yeni binanın tikintisi ilə bağlı 803 nömrəli qərar qəbul edilib. Universitet kompleksinin layihə rəhbərləri Boris İofan, Lev Rudnev, Sergey Çernışev, Pavel Abrosimov, Aleksandr Xryakov, Vsevolod Nasonov, arxitektoru isə Lev Rudnev olub. Tikintinin 4 ilə başa çatdırılması nəzərdə tutulub.

Tikinti işlərinə minlərlə alman əsiri cəlb edilib. O cümlədən həbsxanalarda cəza çəkən mütəxəssislər də xüsusi nəzarət altında tikintidə işləyiblər.

Moskva Dövlət Universitetinin əsas korpusu 34 mərtəbədən ibarətdir, hündürlüyü 183 metrdir. Bu korpusun üzərində cəkisi 12 ton olan qüllə ucaldılıb ki, bununla da əsas korpusun hündürlüyü 240 metrə çatıb. Korpusun layihələndirilməsi zamanı əvvəlcə ulduz işarəli qüllənin yerində Stalinin heykəlinin qoyulması nəzərdə tutulub. Sonra qərara alınıb ki, Stalinin əvəzinə Leninin heykəli olsun. Daha sonra isə Lomonosovun heykəlinin qoyulması planlaşdırılıb. Sonda korpus üzərində heç bir heykəl qoyulmayıb. Lomonosovun heykəli universitetin mədəniyyət sarayının girişinin qarşısında ucaldılıb.

90fc05bd3940f4817e8b40993f91d73b.jpg (86 KB)

Stalinə tikinti ilə bağlı mütəmadi olaraq məruzə edilib. Müzakirələrin birində Stalin ətrafda salınacaq yaşıl zonada hansı ağacların əkiləcəyini soruşanda layihə rəhbərləri bu haqda hələ heç bir qərar çıxarmadıqlarını söyləyiblər. Stalin yaşıl zonada daha çox alma ağaclarının əkilməsini tövsiyə edib: “Alma ağacları tələbə və alimlərin qida rasionunu daha da zənginləşdirəcək…”

Əsas korpusun “A” sektorunda yeməkxana və kafe, 3-8-ci mərtəbələrdə geologiya fakültəsi, 12-16-cı mərtəbələrdə riyaziyyat və mexanika fakültələri, 17-22 mərtəbələrdə coğrafiya fakültəsi, 9-10-cu mərtəbələrdə rektorluq, inzibati şöbə və elmi kitabxana, 24-33-cü mərtəbələrdə muzey, 1500 nəfərlik akt zalı, 640 nəfərlik mədəniyyət sarayı, müşavirə zalı, qalareya yerləşib. 34-cü mərtəbə texniki personala verilib.
Əsas korpusdan “İ”, “K”, “L”, “M” kopruslarına çıxış dəhlizləri var və bu korpuslarda müəllim-professor heyətinin mənzilləri yerləşir.

Digər şıxış “B” və “V” korpuslarına yol açır. Bu korpuslarda tələbə yataqxanaları və tələbə yeməkxanaları yerləşir.

Əsas korpusdan daha bir çıxış “Q”, “D”, “Y”, “J” korpuslarınadır. Bu korpuslar aspirantların yataqxanasıdır.

Bir sözlə, Moskva Dövlət Universitetinə beş il ərzində çölə çıxmadan orta təhsillə daxil olub ali təhsilli mütəxəssis kimi çıxmaq olar.
Sovet dövründə universitet yataqxanası öz şəraitinə və komfortuna görə xarici ölkələrdəki tələbə yataqxanalarını üstələyib. İki nəfərlik otaqlar, hər otağın ayrı sanitar qovşağı, hər mərtəbədə 4 mətbəx, dəhlizlərdə piano, yumşaq mebellər və televizorlar. Əksər Moskva sakinlərinin evlərində televizor olmadığı vaxtlarda yataqxanada hər mərtəbədə iki televizor tələbələrin ixtiyarına verilib.

5e0a813396470e3fc43770943a566fde.jpg (105 KB)

Moskva Dövlət Universiteti istismara veriləndə kompleksdə 111 lift quraşdırılıb. Maraqlı hadisələrdən biri də bu liftlərlə bağlıdır. 1980-ci ildə kompleksin telefon kommutatoru yenilənəndə mütəxəssislər telefonla xaricə çıxış xəttlərini səhvən liftlərdəki telefonlara da qoşublar. Bundan təsadüfən xəbər tutan tələbələr və bir çox müəllimlər liftlərdəki telefonlardan istədikləri ölkəyə danışa biliblər. Xüsusilə universitetdə təhsil alan tələbələr bu “səhv”dən səmərəli istifadə ediblər, ən çox zənglər isə Afrika ölkələrinə olub. Yalnız iki həftədən sonra rabitə mütəxəssisləri öz səhvlərini düzəldə biliblər.

Universitet həyatının maraqlı hadisələrindən biri də kimya və fizika fakültələrinin tələbələri arasındakı mübahisə ilə bağlıdır. Tələbələr Lomonosovun heykəlinin hansı fakültəyə daha yaxın olduğu ilə bağlı mübahisəyə girişiblər. Mübahisəyə son qoymaq üçün onlar məsafəni kibrit qutusu ilə ölçüblər. Məlum olub ki, Lomonosov 4 kibrit qutusu qədər gələcəyin kimyaçılarına daha “yaxındır”.

SSRİ-də ilk beysbol stadionu da universitetdə açılıb. 1989-cu ildə Tokio universiteti Yaponiya-SSRİ dostluq münasibətlərinə töhfə kimi universitet ərazisində beysbol stadionunun açılması üçün 400 milyon yen vəsait ayırıblar.

4760217_original.jpg (194 KB)

Universitet tarixində daha bir maraqlı hadisə 1997-ci ildə baş verib. Tanınmış fransız musiqiçisi Jan-Mişel Jarr universitetin əsas korpusunun qarşısındakı meydanda konsert verəndə tamaşaçıların sayı 5 milyona çatıb. Bu rekord göstəricidir.

Moskva Dövlət Universitetində dünyanın bir çox tanınmış simaları təhsil alıb. Məzunlar arasında İqor Tamm, Vitali Ginzburq və İlya Frank fizika üzrə, Nikolay Semyonov kimya üzrə, Andrey Saxarov və Mixail Qorbaçov isə Nobel sülh mükafatına layiq görülüblər.

Hazırda Moskva Dövlət Universitetində 15 elmi tədqiqat institutu, 43 fakültə, 300-dən artıq kafedra, yüzlərlə təcrübə laboratoriyası, elmi mərkəzlər, Rusiyanın ən böyük kitabxanalarından biri olan zəngin kitabxana fəaliyyət göstərir. Universitetin ayrı-ayrı ölkələrdə 7 filialı, o cümlədən Bakıda da filialı var.

Bəli, Stalinin bütün heykəlləri, büstləri sökülsə də tikdiyi universitet bu gün Rusiya paytaxtanın vizit kartlarından biri sayılır.

İlham Cəmiloğlu, Musavat.com