Mayda 14 gün İŞ OLMAYACAQ

72

May ayında qeyri-iş günlərinin sayı məlum olub.

Bu il 9 May – Faşizm üzərində qələbə günü bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 10 may qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin 3 dekabr 2020-ci il qərarına əsasən, bu il 13 may (cümə axşamı) və 14 may (cümə) isə Ramazan bayramıdır. Həmin günlər də qeyri-iş günüdür.

Eyni zamanda 28 May – Respublika günü də iş günü hesab edilməyən bayram günüdür. Bu il mayın 28-i cümə gününə təsadüf edir.

Beləliklə, may ayında bayramlarla əlaqədar 4 gün iş olmayacaq. Beşgünlük iş həftəsində çalışanlar üçün  may ayında 14 gün qeyri-iş günü olacaq.