Maskın Bitkoindən bir ayda əldə etdiyi qazanc “Tesla”nın bir illik gəlirini keçdi

105

Hurriyyet.org xəbər verir ki, Elon Maskın Bitkoundən 1 ayda qazandığı pul onun elektromobil istehsal edən “Tesla” şirkətinin 1 illik qazancından çox olub.

ABŞ-ın avtomobil istehsalı şirkəti “Tesla”nın sahibi olan Elon Maskın son zamanlarda məqsədli şəkildə verdiyi ard-arda açıqlamalar kriptovalyuta birjasında canlanmaya səbəb olub. “Tvitter” şəbəkəsində 45 milyondan artıq izləyicisi olan Mask son dövrdə kriptovalyuta və səhmlərlə bağlı “tvit”lər paylaşdıqdan sonra şirkətin səhmlərinin və kriptovalyutanın qiyməti bahalaşıb.

Mask Bitkoin satın aldıqdan sonra verdiyi açıqlamada bildirmişdi: “Tesla” olaraq yaxın gələcəkdə Bitkoindən ödəniş vasitəsi kimi istifadə eləməyə hazırlaşırıq”. Bu açıqlamadan sonra Bitkoinin dəyəri 44 300 dollara çıxmışdı.

Maskın 1 ay ərzində virtual pulun bahalaşmasından əldə elədiyi gəlir avtomobil sataraq 1 ildə əldə elədiyi gəliri üstələyib.

Maskın şirkəti yanvar ayında kursu 34 min dollar olan Bitkoinə 1,5 milyard dollar xərcləmişdi. Hazırda həmin kriptovalyuta bahalaşaraq 55 min dollar qiymətinə çatıb. Bunun sayəsində Mask bir aydan da az müddətdə – üç həftə ərzində Bitkoindən 970 milyon dollar qazanıb.

Halbuki “Tesla” şirkəti avtomobil satışından ümumilikdə 2020-ci il ərzində 721 milyon dollar qazanmışdı.