Masallıda evdən 2 min manatlıq oğurluq edildi

72

Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən oğurluq edən həmkəndlilər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, rayonun Qəriblər kəndində bir yaşayış evindən 2 000 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Masallı rayonunun Qəriblər kənd sakinləri – Aqil Məmmədov, Yalçın Talıbov və Aslan Məmmədov olduqları müəyyən edilib.

Oğurlanan əşyalar onlardan aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır