MAQATE rəhbəri İrana gəldi

276

MAQATE rəhbəri Rafael Qrossi bu gün Tehrana gələcək.

Axar.az xəbər verir ki, bu məlumatı Qrossi öz Tvitter səhifəsində paylaşıb.

MAQATE rəhbərinin səfərində məqsəd agentliyin inspektorları tərəfindən İran nüvə obyektlərinin tam həcmdə təftişinə İran hökumətinin razılığını almaqdır.

Qeyd edək ki, 3 gün sonra İranda MAQATE inspektorlarının İranın nüvə obyektlərinə girişini qadağan edən yeni qanun qüvvəyə minəcək.