“Mal yiyəsinə oxşayar”: 6 erməni inəyi sərhəddimizi pozaraq itkin düşüb.

126

Zəngəzurun Şurnux kəndində 6 inək sərhədimizi keçərək itkin düşüb.

Ermənilər inəklərin axtarılması üçün rus “sülhməramlı”larına müraciət edib.

“Sülhməramlı”ların vasitəçiliyi baş tutmayıb. Bizimkilər “sülhməramlı”ları başa salıblar ki, Azərbaycan sərhədləri ermənilər üçün kolxoz bazarı deyil, gah itkin düşmüş əsgərlərini, gah inəklərini axtarmaq üçün bizim torpaqlara keçələr. Həmin inəklər əgər qabağımıza çıxsalar, qaytarıb sahiblərinə verərik. Tapa bilməsək, Qarabağ canavarlarına yem olarlar. Ermənilər Qarabağ təbiətinə az ziyan vurmayıblar. Qoy, biz az da canlı təbiət onlardan öz qisasını alsın.

Hər şey bir tərəfə, atalar yaxşı deyib: “Mal yiyəsinə oxşayar”. Ermənilərin özləri kimi, malları da sərhədlərimizi pozmaqdan və Azərbaycan torpaqlarında itməkdən yana sinov gedirlər. \\Ovqat