MƏZHƏKƏ, YOXSA FACİƏ

204

 Tanınmış yazıçı-publisistin Azərbaycan ziyalılarına müraciəti

Ay insanlar – ay ziyalılar, halal peşə və sənət adamları və nəhayət, həmin fırıldaqçı yığnağının mənimsayaq adamların başlarına gətirdikləri – pulumu aldadıb, alaraq, qanunu mənzillərimi özgələrə satanları bilib-görək, vətəndaşlar! Əlinizdə nə işiniz var, kənara qoyub, bir hovur məni dinləyin! 82 yaşlı qocaman yazıçının, Seymur İsayevin və onun dövrəsinə cəm olan ailə, qohum, əqrəba klanının başına gətirdiyi məzhəkəli müsibəti siz də dinləyin.

Bəli, bu məzhəkə 2012-ci ilin yavarından başlayıb. Özünü, ailəsini, qohum-əqrabalarını yaxşı tanıdığım Seymur Nizam oğlu İsayev bir gün mənə dedi: “Yeni Yasamal, yaşayış massivi, Əsəd Əliyev küçəsində Milli Elmlər Akademiyasının işçiləri üçün yaşayış binası tikirəm, istəyirəm oradan bir mənzil də sənə verim”.

– Seymur, – dedim – əvvəla mən Akademiya işçisi deyiləm. İknici də mənim pulum hardadır, təqaüdlə dolanıram.

– Noolsun, sən də ziyalısan, yazıçısan, şairsən. O ki, qaldı pula onu da düzəldərik, – deyib mənim saqqızımı oğurladı və ümumi sahəsi 107 kvadratmetrlik mənzil üçün ikitərəfli müqavilə bağladıq.

Elə o vaxtdan da mən düşdüm Seymur adlı bir dələduzun toruna. Başıma açdığı oyun qalmadı. Gah onunla bağladığım 107 kvadratmetrlik mənzil sahəsini on iki aydan sonra dəyişib 116,7 kvadratmetr elədi və səbəbini soruşanda da «bu sənə aid deyil, sən ödənci 107 kvadratmetrlik mənzil üçün ödəyərsən» dedi.

– Mən işləmirəm, çünki ayda 1700 manat ödəyə bilmərəm – deyəndə o «onsuz da bu 16 mərtəbə üç bloklu bina deyilən vaxtda hazır olan deyil. Bəlkə 5-6 il uzandı onun istismara verildiyi vaxta qədər, sən də hər ay əlinə düşəndən lap yüz manat olsa belə, az-az ödə».

Mən də ona inanıb, hər ay pensiya hesabına 2015-ci ilin iyul ayına qədər 20 000 (iyirmi min) manat ödədim. Avqust ayında kassir məndən ödənci qəbul etmədi. Səbəbini soruşanda «Müdiriyyət belə tapşırıb» dedi. Dərhal Seymurla əlaqə saxladım. Onun cavabı belə oldu: «Səhv eləyiblər» deyərək Famil adlı bir nəfərə: «Məmməd əminin mənzil haqqını sən qəbul elə». O, isə mənə «get bir həftəyə qalan pulu gətir, yəni 13 000 (on üç min) manatı» – dedi.

O qədər pul məndə hardayıydı? Qohumlardan borc pul almaq üçün rayona getdim. 10 günə həmin məbləği düzəldib geri qayıtdım. Amma… «Sipark» ofisində nə Seymuru, nə də Famili tapdım. Dedilər ki, ikisi də şəhərdən və respulikadan qaçıb. Biri Türkiyədə, o biri Rusiyada gizlənir. Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində onların qeyri-qanuni əməlləri barədə cinayət işi açılıb, axtarışdadırlar.

Mən onun qohumları vasitəsilə Seymur İsayevlə əlaqə yaratdım. O dedi:

-Narahat olma. Ev sənindir! Pulu saxla, yanvarda gəlib hər şeyi yoluna qoyacağam.

Onun gəlişi düz dörd il çəkdi. 2015-ci ilin aprel ayının 15 – «Sipark» ofisindən mənə zəng etdilər ki, Seymur bəy aprelin 17-də, dündüz saat 2-də ofisdə səni gözləyəcək. Mən elə o vaxtdan topladığım pulu 13 300 (on üç min 300 manat) pulu götürüb. «Sipark»a getdim. Seymurla foyedcə rastlaşdıq və onunla binanın üçüncü mərtəbəsinə qalxdıq.

– Səni çox incitdim, bağışla! İş belə gətirdi, gələ bilmədim – dedi və əlavə etdi – İndi hər şey qaydasındadır. Daim ofisdə öz işimin üstündə olacağam. Pulu gətirdin?

– Bəli, – dedim və 13 min 300 manatı qoydum onun qənşərinə.  Mənzilin tam ödəncidir. Say götür!

Seymur gözünün ucu ilə də pula baxmadan dedi:

– Məmməd əmi, mən nə vaxt səndən pul sayıb götürmüşəm. Nə deyibsən qəbul etmişəm! Soruşdum, «bu hesabla mənzilin ödənci bitirmi?».

– Bəli, dedi.

– Onda verdiyim pulun qəbzini və mənzilin maliyyə arayışını ver mənə.

– Bağışlayın, indi verə bilməyəcəyəm. Çünki «Yevrostroyun» möhürü hələ Korrupsiya İdarəsindədir. Danışmışam 10 günə verəcəklər. On gündən sonra gəl, həmin pulun qəbzini də, mənzilin maliyyə arayışını da möhürləyib verəcəyəm və sizi öz maşınımla mənzilinizə aparacağam.

Yenə inandım ona və 10 gündən sonra ofisə gələndə dedilər: «Seymur  həmin gündən ofisə gəlmir. Yenə qayıdıb Türkiyəyə.

Bir neçə yol ofisə gedib onunla Ağarəhim adlı işçisi vasitəsilə əlaqə saxladım. Dedi: Narahat olma, bu günlərdə Bakıya qayıdıram. Amma qayıtmadı. Nəhayət, 9 aydan sonra mən Respublika Prezidentinə və hüquq-mühafizə orqanlarına müraciət etdim.

İndi düz bir il iki aydır ki, Prokurorluq və polis orqanları məni həmin idarələrin önündə fırfıra kimi fırladırlar. Biri deyir «Seymur xaricdədir». O biri deyir: Polisdə, araşdırma aparılır. Biri də inzibati orqanlara yazdığım. Ərizələrimə «cavab olaraq» yazdığı cavabı beş dəfə «kopiyalayıb» mənə gönrdərir.

Maraqlıdır, çox maraqlıdır! Xalqımızı ətrafında yumruq kimi birləşdirən Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Cənab İlham Əliyev özünün qətiyyəti, cəsarəti, dönməz iradəsi,  peşəkar siyasi və diplomatik məharəti ilə otuz il düşmən tapdağında qalan torpaqlarımızı 44 günə millətimizə qaytararaq, Azərbaycan dövlətinin ərazi bütövlüyünü bərpa elədi.

Amma hüquq-mühafizə orqanlarımız bir dələduzu, fırıldaqçını 2015-ci ildən cinayətdən qaçan (qaçırılan) Türkiyədə və nə bilim hansı ölkədəsə gizlənən Seymur Nizam oğlu İsayevi arayıb axtarmaq və həmin hoqqabaz tərəfindən pozulmuş hüquqlarımı bərpa etmək əvəzinə, boş vədlər ilə 832 yaşlı yazıçı-publisist prokurorların və polim idarələrinin qapılarında get-gələ salıb, fırfıra sayaq fırladırlar.

Mənə elə gəlir ki, bütün bunlar səbəbsiz deyil. Həmin idarələrdə ya vətəndaşların ərizə və şikayətlərinə bizdə barmaqarası baxırlar, ya özlərinin vəzifə borclarının məsuliyyətini nəyəsə dəyişirlər, ya da ölkəni dolduran bu sayaq dələdəuzları himayə edən güclü klanlardan ehtiyyat edib, ağrımaz dişlərinə duz bağlamışlar.

Görünür, «Sipark» tikinti şirkətinin rəhbəri Seymur İsayevin söykəndiyi və güvəndiyi yüksək vəzifə və hörmət sahibi kimdirsə, həmin fırıldqçılar onun köməyi ilə şəhərin ən səfalı guşələrində, təmtəraqlı binalar tikərək, illərdi qaz vurub, qazan doldururlar.

Əziz həmvətənlərim, həmkarlarım! xalqımızın güvənci olan elm-sənət sahibləri, mötəbər ağsaqqallar, ağirçəklər! Ümidim hüquq-mühafizə orqanlarından üzüldüyündən gümanım və sözüm Sizədir. Dələduz Seymur İsayevin və onun dövrəsinə cəm olan qohum-əqrəbaları illərdi 82 yaşlı bir publisist ziyalının, yazıçının, şairin başına gətirdikləri bu bitib-tükənməz oyunlara və Məşədi İbad demiş bir ətək pulumu yeyib, halal mənzilimə qıfıl vuran dələduzlara – Siz nə deyirsiniz? Məzhəkə, yoxsa faciə!

Məncə kələkbazların oyunu əlbətdə faciə və ondan da betərdir. Belə olmasaydı, onlar min bir əziyyətlə tikdirdiyim mənzilin qapısını açıb, təmir etməyə imkan vermirlər!

İndi bir il iki ayın süründürməçilikdən və get-gəllərdən Respublikanın Baş Prokurorundan, Daxili İşlər Nazirliyindən tutmuş bütün əlaqədar təşkilatlara yazdığım şikayətlərin nəticəsi olmadığına görə yönümü siz  ziyalılara, həmkarlara və müdriklərə tuturam. O dələduzlar yığnağı, məni min bir əziyyətlə aldığım qanuni mənzilimdə rahat ölməyə də qoymurlar.

Məmməd Əfşan

82 yaşlı yazıçı-publisist