Mərakeş koronavirus səbəbindən daha beş ölkə ilə uçuşlarını dayandırdı

90

Mərakeş hakimiyyəti koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində daha beş ölkə ilə uçuşların müvəqqəti dayandırılmasına qərar verib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Hava Limanları İdarəsi bildirib.

Məlumata əsasən, müvəqqəti olaraq – ən azı 23 mart – 10 aprel tarixləri arasında sərnişin təyyarələrinin Qanaya, Qvineya Respublikasına, Konqo Demokratik Respublikasına, Liviyaya, Maliyə və əks istiqamətə uçuşları dayandırılıb.

 

Bu tədbir lazım olduqda uzadıla bilər.