“Məqsədimiz Türk dünyasını vacib iqtisadi məkanlardan birinə çevirməkdir” – Qazaxıstan Prezidenti

21

“Bildiyiniz kimi, ulu babalarımız böyük xoca Əhməd Yəsəvidən dini biliklər alıb türk-islam mədəniyyətini dünyaya yayıblar. Türk xalqı Kiçik Asiyaya üz tutanda bütün bu dəyərlər kökləri qorumaq və səylərimizi gücləndirmək üçün əsas olub”.

“Report” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Şurasının qeyri-rəsmi Zirvə toplantısında deyib.

“Məqsədimiz Türk dünyasını 21-ci əsrdə ən vacib iqtisadi, mədəni və humanitar məkanlardan birinə çevirməkdir”, – o vurğulayıb.