Məhərrəm İncə: “Türkiyə niyə Azərbaycana yardım elədi?” deyənlərlə eyni yolun yolçusu ola bilmərəm!”

612

Hurriyyet.org xəbər verir ki, 2018-ci ildə Türkiyədə keçirilən seçkilərdə Cümhuriyyət Xalq Partiyası tərəfindən(CHP) prezidentliyə namizədliyi irəli sürülmüş Məhərrəm İncə CHP ilə yollarının ayrıldığını bəyan edib. İncə lideri olduğu “Məmləkət Hərəkatı”nı partiyaya çevirməyi qərara alıb.

CHP partiyası üzvlüyündən istefa verdiyini bəyan edən Məhərrəm İncə bununla əlaqədar keçirdiyi mətbuat konfransında belə deyib:

“Partiyanı idarə edənlər partiyanın övladlarına iftira atıblar. Ortada prinsip və dəyər yoxdur. Atatürkün partiyası qalmayıb”.

“ABŞ-dan demokratiya dilənənlərlə yolumu ayrıram. Mustafa Kamal Atatürk deyənlərlə yolumu ayırıram. Mavi Vətəni qavramayaraq, “Liviyada nə işimiz var?” deyənlərlərlə yolumu ayrıram. “Təəssüf ki, Türkiyə Azərbaycana yardım etdi” deyənlərlə yolumu ayırıram”.