Mədə qıcqırmasının qarşısını almaq üçün FAYDALI MƏSLƏHƏTLƏR

285

– Az-az və tez-tez (gündə 5-6 dəfə) yemək yemək.

– Acı, yağlı və qızardılmış yeməklərdən, spirtli içkilər, turş və qazlı içkilərdən, sarımsaq, çiy soğan, şokolad, qəhvə, tünd çay qəbulunu məhdudlaşdırmalı

– Yeməkdən sonra əyilib iş görməmək

– Axşam yeməyini yatmazdan 2-3 saat əvvəl qəbul etmək

– Çarpayının baş hissəsini 10 sm qaldırmaq

– Qarın nahiyəsini kəmərlər, korset və bandajlar sıxmamaq

Reseptlər

Kartof şirəsi:

1-2 xörək qaşığı kartof şirəsi yeməkdən yarımsaat əvvəl qəbul edilir.

Toxum qarışığı:

Bərabər miqdarda razyana, bostan şüyüdü, cirə toxumları qarışdırılır, qarışıqdan 1 xörək qaşığı 1 stəkan qaynar suda 20 dəqiqə dəmlənir, hər gün 1-2 stəkan süzülmüş dəmləmə kiçik qurtumlarla içilir.

Bitki qarışığı:

Hərəsindən 1 xörək qaşığı dazıotu, bağayarpağı və çobanyastığı çiçəkləri qarışdırılır, üzərinə 2 stəkan qaynar su əlavə edilərək 2 saat dəmlənir. Süzüldükdən sonra gündə 2-3 dəfə yeməkdən əvvəl yarımstəkan qəbul edilir. (milli.az)