Lukaşenko Putinlə görüşə hazırlaşır: ”Görüş Rusiyadan nəsə istəmək üçün yox, əməkdaşlığın müzakirəsi üçün keçiriləcək”

297

Belarus prezidenti Aleksandr Lukaşenko, fevralın 20-də Rusiya lideri Vladimir Putin ilə görüşəcəyini açıqlayıb. Lukaşenko İttifaq Dövlətin hökumət katibi Qriqori Rapota ilə görüşdə “Putin və mən fevralın iyirmisinin ilk günlərində görüşəcəyimizi və işbirliyimizin bəzi istiqamətləri barədə danışmaq üçün çoxdan razılaşdıq” dedi.

O, Minskə borc verilməsi barədə danışıqların gedişatını da şərh edib: “Həmişəki kimi Rusiyada bəziləri gündəmi belə qələmə verəcək – Lukaşenko üç milyard dollar istəməyə gələcək. Xeyr, mən oraya nəsə istəmək üçün getmirəm”.

Bundan əvvəl “Kommersant” öz mənbələrinə istinadən xəbər vermişdi ki, Lukaşenko Belarusiyaya 3 milyard dollar kredit verilməsi məsələsini Putinlə müzakirə etmək niyyətindədir. Qəzetin yazdığına görə, Minsk Moskvanın Belarusun nüvə elektrik stansiyasının inşasına ayırdığı vəsaitin qalan hissəsini almaq istəyir. Belarus Maliyyə Nazirliyi isə bunu təkzib etdi.

Tərcümə etdi: Ülviyyə Şükürova