LUKAŞENKO “KƏMƏRLƏRİ BƏRKİTMƏYƏ” BAŞLADI – Belarusda kütləvi axtarışlar aparılır

342

Bu gün 16 fevral səhər bütün Belarusiyada kütləvi axtarışlar başlayıb. Axtarış tədbirlərinin rəsmi səbəbi “Belarusiyada kütləvi iğtişaşları maliyyələşdirən mənbələri aşkar etməkdir”.

Bu barədə Belarusdakı “TUT.BY” internet nəşri xəbər verib.

Məlumata görə, 16 fevral səhəri “Belarus Jurnalistlər Birliyi”nin rəhbərliyinin, hüquq müdafiəçiləri və bütün ölkə üzrə jurnalistlərin ofis və qərargahlarında axtarışlar başladıldı və davam edir.

Hazırda axtarış siyahısında olan iyirmidən çox adam yoxlanılıb.

Güc strukturlarının əməkdaşları qeydiyyatdan məhrum edilmiş “Vyasna” hüquq müdafiə mərkəzi, “REP” azad həmkarlar ittifaqı və ”Belarus Jurnalistlər Assosiasiyasının” (BJA) ofisində axtarışlar aparırlar.

Həmin məlumatlara görə, bu gün “Dəyişikliklər Meydanı”ndan baş verən hadisələri internetdən yayımlayan “Belsat”ın jurnalistləri ilə bağlı məhkəmə iclası da keçiriləcək.

Tərcümə etdi: Ülviyyə Şükürova