Lukaşenko: Belarusun yox olma təhlükəsi var

24

Əgər konstitusiya reformları sayəsində güclü prezident hakimiyyətini qoruyub saxlaya bilməsək, Belarusun yox olma təhlükəsi var.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Prezidentin kimin olmasından asılı olmayaraq, o, güclü səlahiyyətləri olan dövlət başçısı olacaq. Ona görə də əgər biz prezidentin gələcək səlahiyyətlərini əlindən alsaq, ölkə olmayacaq. O, yox olacaq”, – deyə o bildirib.