Lavrovun kadrları qovulur – Latviya ilə Litva da Rusiya diplomatlarını ölkələrindən çıxarırlar

135

Hurriyyet.org xəbər verir ki, Latviya və Litva dövlətlərinin xairici işlər nazirlikləri Çexiya ilə həmrəylik əlaməti olaraq Rusiyanın Riqa və Vilnüsdəki səfirliklərinin əməkdaşlarının ölkədən çıxarılacağını bildiriblər.

Latviya XİN rəhbəri Edqar Rinkeviç bu qərarını “Tvitter”də açıqlayıb: “Müttəfiqimiz olan Çexiya ilə həmrəylik əlaməti olaraq və Vyana Konvensiyasının pozulması ilə əlaqədar Latviya rusiyalı diplomatı ölkəsindən çıxarmağı qərara alıb. Latviya həm öz ərazisində, həm də tərəfdaşlarının və həm də müttəfiqlərinin ərazisində təxribatçılıq fəaliyyətinə göz yummayacaqdır”.

Litvanın da Xarici İşlər Nazirliyi öz növbəsində Rusiya səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan edib. Açıqlamada həmin diplomatların “öz diplomatik statusları ilə bir araya sığmayan” fəaliyyətlı məşğul olduqları bildirilir. Rusiyalıların Vilnüsü tərk eləməsi üçün yeddi gün vaxt verilir.