“Küveyt xalqında Azərbaycana böyük maraq var”

135

Azərbaycanın Küveytdəki diaspor təşkilatının sədri Könül Hacızadə: “Azərbaycana səyahət edən küveytli ərəblər deyirlər ki, çox mədəni bir millətsiniz”

“…Bilirsiniz mi, ermənilərə o tədbirdə kim dəstək oldu? Fələstinlilər

Allaha şükürlər olsun ki, torpaqlarımız azad olundu. Arzu edirəm ki, dədə-baba torpağımız Zəngəzurda, daha da irəli gedərək İrəvanda Azərbaycanın şanlı bayrağı dalğalansın. Mən paylaşımlarımı da “Zangezur is Azerbaijan”, ermənicə də “Sunik is Azerbaijan”, “Yerevan is Azerbaijan”həştəqləri ilə edirəm ki, qoy ermənilərin qarşısına çıxsın. Qoy ağıllarına qazısın ki, bu torpaqlar Azərbaycanln torpaqlarıdır, onlar sonradan gəlib “dövlət” olublar”

Azərbaycan dövləti diaspor təşkilatları qurmaq, yönəltmək, dövlətin xaricdəki siyasi hədəflərinə nail olmaq, maraqlarını təmsil etmək kimi məsələlərdə çox uzunmüddətli təcrübəyə malik olmasa da, müəyyən qədər yol qət etmiş hesab oluna bilər. Artıq ortada real, müsbət sonuclar özünü göstərməkdədir və uğurlu nəticələr var. Bu müsbət nəticə göstərən diaspor təşkilatlarından biri Küveytdəki Azərbaycan diasporudur və bugünkü həmsöhbətimiz də bu təşkilatın sədri Könül Hacızadədir.

– Məlumdur ki, Fransada ermənilərin, ABŞ-da da yəhudilərin ciddi nüfuzu var. Küveytdə də Azərbaycan nüfuzunu yüksəltmək, dövlətimizə söz sahibi olacaq qədər qüvvə qazandırmaq, diasporu bu gücə çatdırmaq üçün nə işlər görülməlidir?

-Bəli, Fransada erməni nüfuzu, ABŞ-da da yəhudi gücü var. Amma burada söhbət çoxluqdan getmir. Söhbət ondan gedir ki, Küveyt Azərbaycanın haqq səsini duya bilir. Burada çoxluq şərt deyil. Buradakı azərbaycanlılarımız da sağ olsunlar, mənim kimidirlər – gözüqara. Türklərin bir sözü var, manqalürəkli. Çox olmaq şərt deyil. Çox oldun, qorxaq oldun, haqq sənin tərəfində deyilsə, çoxluğun, azlığın heç bir dəxli, faydası yoxdur. Biz haqq səsimizi çatdıra bilirik. Üstəlik Küveyt müsəlman ölkəsi olduğuna görə, İslam dinində də haqq-ədalət birinci yeri tutur. Yəni din siyasətinin özünün də təsiri var. Bu səbəbdən Küveyt əhalisi sağ olsun, görürlər ki, Azərbaycan haqlıdır. Bir çox küveytlilər var ki, erməniləri pisləyir. Bilirlər ki, ermənilər oğrudurlar, vəhşidirlər, vandaldırlar, barbardırlar. Pandemiyadan əvvəl Azərbaycana səyahət edən küveytli ərəblər bizim xalqımız haqda gözəl fikirdədirlər. Deyirlər ki, çox mədəni bir millətsiniz. 2019-ci ildə fevralda Küveyt Dövlət Universitetində bizim bir tədbirimiz oldu. Gördüm ki, ermənilər də tədbirdədirlər. Şuşanın maketinin təsvir olunduğu Qarabağın xəritəsini Arsax adı ilə nümayiş etdirirlər. Yaxınlaşdım soruşdum ki, bu xəritə haranındır? Cavab verdilər ki, “Arsax”dır. Soruşdum “Arsax” haradır, cavab verdilər ki, sizin Qarabağ. Dedim bəli, bizim Qarabağ. Onlar haqq sözünü eşitmək istəmədikləri üçün qaraçı kimi qara-qışqırıq, hay-həşir salmağa başladılar. Orada biz iki azərbaycanlı idik, on-iyirmi erməni üstümüzə hücum çəkdi. Mən ərəb dilini çox yaxşı bildiyimə görə əvvəl onlar elə bildilər ki, mən küveytliyəm. Yanındakı o erməniyə dedi ki, bu küveytlidir, başımıza oyun açar. Sonra sinəmdəki Azərbaycan nişanını görəndə soruşdu ki, sən kimsən? Dedim Azərbaycan diasporunun sədriyəm. Soruşdum sən kimsən? O ermənilərin Küveytdəki konsulu idi. Qışqırmağa başlayanda isə dedim ki, səsinin tonunu aşağı sal. Demək olar ki, əlbəyaxa müharibə getdi. Çünki onlar haqsızdırlar. Mən mədəni şəkildə soruşdum, xəritəni götürtdüm. Onlar hücum etdilər ki, siz də öz xəritənizi götürün. Dedim siz kimsiniz mənə xəritəni götür deyirsiniz? Çünki biz elə xəritəni qoymuşduq ki, orada Ermənistan yox idi. Ermənilər zatən nə zaman dövlət olublar. Orada mən Küveytin professorları, dekanları, kafedra müdirləri, müəllimləri, tələbələri belə topladım və Xocalı kitablarını, broşürlərini payladım ki, hamı ermənilərin necə murdar bir millət olduğuna baxsın. Bilirsinizmi, ermənilərə o tədbirdə kim dəstək oldu? Fələstinlilər. Fələstinli bir tələbə dedi ki, siz gəlib problem yaratdınız. Cavabı isə belə verdim-bundan sonra da problem yaradacağam. Qarabağın kimin olduğunu və orada kimin yaşadığını soruşan erməniyə isə bildirdim ki, Qarabağ bizimdir, amma orada işğalçı ermənilər yaşayır. Orada axtarsan erməni belə yoxdur, xarabazara döndərmisiniz Qarabağı. Dedim vəhşisiniz siz. Heç olmasa fəxrlə demə ki, sən ermənisən. Belə desək burada kəllə-qoltuqda işləyirik. Mənim özümü də burada hədələyən də olub, mən dəliqanlı insanam. Mənə açıqdan heç bir şey edə bilməzlər, bəlkə gizlində nəsə edə bilərlər. Amma aşkarda onlarda o ürək yoxdur. Ermənilər haqsız olduqlarını özləri də bilirlər. Sadəcə qaraçı kimi səslərinin başlarına salırlar. Yəni azsaylı diaspor olsaq belə, haqq səsimizi çatdırırıq. İngilis dilini gözəl bilən, ərəb dilinə hakim olan savadlı insanlarımız var burada. Onu da qeyd edim ki, 2-ci Qarabağ müharibəsində diaspora üzvləri ilə birgə maliyyə vəsaiti toplayıb, orduya kömək üçün göndərdik.

– Könül xanım, yəqin ki, İslam amilinin də bunda rolu var. Həmçinin görürəm ki, siz ermənilərin əsl üzünü ifşa etməyə nail olmusunuz. Bəs Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi ilə əlaqələriniz varmı?

-Əlbəttə var. Komitədə şərq ölkələri ilə işlərə baxan Vəfa xanım Hüseynova var. Vəfa xanımla səx əlaqədəyik. Hal-hazırda pandemiya dövründə bərabər çalışırıq. Məsələn, elə şəkillər olur ki, məndə olmur, ondan xahiş edirəm göndərirlər mənə, paylaşıram. Sağ olsunlar, iclasları keçirirlər. Lap bu yaxınlarda, iki gün əvvəl cənab Fuad Muradov iclas keçirdi və dünyanın çox ölkələrindən olan diaspor rəhbərləri, o cümlədən  mən də həmin iclasda iştirak etdim. Əvvəl bu əlaqə yox idi, amma indi əlaqəmiz var.

-Bəs digər ölkələrdə yerləşən Azərbaycan diasporları ilə əlaqələriniz necə? Yəqin işlərin gedişində koordinasiyalı çalışırsınız.

-Əlbəttə. Mən ilk əvvəllər Küveytdəki diaspor təşkilatını yaradan zamanlarda, o qədər də təcrübəli olmadığım zamanlarda İsveçdəki “Xəzər” təşkilatının rəhbəri Leyla Kiani, Danimarkadakı Səfər Sadiqi, ABŞ-dakı Töhfə xanım, Tomris Azəri, Vaşinqtonda Minə xanım, Rusiyada Bəylər müəllim və başqa dostlarımız, Fransadakı Mirvari xanımdan məsləhət almışam, sağ olsunlar.

– Mənim soruşmadığım, deyəcəyiniz başqa sözləriniz varmı?

-İşlərinizdə sizə uğurlar arzu edirəm. Allaha şükürlər olsun ki, torpaqlarımız azad olundu. Arzu edirəm ki, dədə-baba torpağımız Zəngəzurda, daha da irəli gedərək İrəvanda Azərbaycanın şanlı bayrağı dalğalansın. Mən paylaşımlarımı da “Zangezur is Azerbaijan”, ermənicə də “Sunik is Azerbaijan”, “Yerevan is Azerbaijan”həştəqləri ilə edirəm ki, qoy ermənilərin qarşısına çıxsın. Qoy ağıllarına qazısın ki, bu torpaqlar Azərbaycanın torpaqlarıdır, onlar sonradan gəlib “dövlət” olublar. Hətta mən dövlət nümayəndələri arasında olan tanışlarıma da deyirəm ki, İrəvan Azərbaycan torpağıdır, Zəngəzur Azərbaycan torpağıdır!

“Hürriyyət”