“Kremldə Donbasın Rusiyaya birləşdirilməsi variantı üzərində götür-qoy edirlər” – ELXAN ŞAHİNOĞLU

261

“Dağlıq Qarabağda yerdə qalan hədəflərimizə çatmaq üçün Rusiya-Ukrayna gərginliyini və Donbasdakı gələcək prosesləri diqqətlə izləməliyik”

“Ukraynanın şərqində vəziyyət yenidən gərginləşir. Donbasla bağlı danışıqlar illərdir yerində sayır, Minsk razılaşması işləmir, atəşkəs tez-tez pozulur, snayperlər işləyir, minalar partlayır, nəticədə itkilər qeydə alınır”. Hurriyyet.az xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloq qeyd edib ki, ukraynalı və rusiyalı ekspertlər il ərzində toqquşmaların intensivləşəcəyini istisna etmirlər: “Yəni lokal müharibə ehtimalı var. Bu arada, Kremldə Donbasın Rusiyaya birləşdirilməsi variantı üzərində götür-qoy edirlər. Bir sözlə, Ukrayna mövzusu Rusiyada yenidən aktuallaşır və belə vəziyyətdə Kremlin Qərblə münasibətlərində gərginlik daha da artacaq. Dağlıq Qarabağda yerdə qalan hədəflərimizə çatmaq üçün Rusiya-Ukrayna gərginliyini və Donbasdakı gələcək prosesləri diqqətlə izləməliyik”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.az