Kravçuk: Rusiya Ukraynanı belə məhv etmək istəyir

219

Rusiya Ukraynaya qarşı digər ərazi iddiası irəli sürə bilər.

Axar.az xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti, Donbasla bağlı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk deyib.

“Rusiya öz mövqeyindən geri çəkilən deyil. Bu, belə formalaşır: Ukrayna Rusiyanın strateji maraqları sistemində olub, olmaqdadır və olacaq. Ukraynaya qarşı digər ərazi iddiaları da irəli sürə bilər. Rusiya Ukraynanı məhv etmək istəyir və biz bunu anlamalıyıq”, – deyə Kravçuk bildirib.