Koronavirusu gizli keçirdiyinizə işarə edən 3 SİMPTOM

90

Bir çox insanlar koronavirusu simptomsuz, gizli keçirir və bu haqda onların xəbərləri belə olmur.

Şimali Karolina Universitetinin (ABŞ) alimləri insanların koronaviru gizli keçirdiyinə işarə edən 3 simptom aşkar ediblər.

Belə simptomlardan biri insanda qəfil əmələ gələn nəfəsalma problemləridir. Koronavirusu keçirmiş insan pilləkanla qalxanda birdən-birə səbəbsiz təngənəfəs olur, hava çatışmazlığı, boğulma hiss edir.

Digər simptom oynaq ağrılarıdır. Koronavirus tək ağciyərdə deyil oynaqlar, birləşmə toxumada da iltihab yaradır.

3-cü simptom əzələ ağrılarıdır. Kovid infeksiyası bir çox hallarda əzələləri də zədələyir. Əgəz əzələləriniz səbəbsiz ağrımağa başlayıbsa bu siniz koronavirusu gizli keçirdiyinizə işarə edə bilər. \\Saglamolun