Koronavirusdan sağalanlarda bu fəsadlar yaranır – AÇIQLAMA

30
Koronavirusa yoluxub sağalanlarda bəzən saç tökülməsi, baş ağrısı, dırnaq qırılması, dəri quruluğu, uzun müddət davam edən ishal və yaxud qəbizlik yaranır.
Bunu “ARB Xəbər”ə açıqlamasında həkim Cahan Cavadova deyib.
O bildirib ki, bu simptomlar altı həftəyə qədər davam edə bilər:
“Yoluxma zamanı selikli qişa zədələndiyi üçün iy və dadbilmənin bərpası isə 6 həftədən yuxarı çəkə bilər. Ümumilikdə isə koronavirusun yaratdığı fəsadları normal həyat tərzi və sağlam qidalanma ilə korreksiya etmək mümkündür”.
C.Cavadova onu da qeyd edib ki, fəsadlar daha çox xəstəliyi ağır keçirənlər və ya müalicə müddətində həkim məsləhəti olmadan dərman qəbul edənlərdə müşahidə olunur. \\Dominant