“Koronavirusdan da betər epidemiya yayılıb” – Rusiyalı həkim

363

Tanınmış rusiyalı həkim Aleksandr Myasnikov deyib ki, dünya özü də bilmədən başqa bir epidemiyanın əlində əsirdir. Bu, koronavirusdan daha təhlükəli olan piylənmədir.

Bu barədə Myasnikov “Rossiya-1” telekanalına müsahibəsində deyib.
“İl ərzində COVID-19-un ömrünə son qoyduğu 1,5 milyon insanla yanaşı, 10 milyon adam da aclıqdan ölüb. Maraqlısı budur ki, piylənmənin yaratdığı problemlərdən ölənlərin sayı 20 milyondan çoxdur”, – deyə rusiyalı mütəxəssis bildirib.
Onun sözlərinə görə, dünya əhalisinin 40%-dən çoxu artıq çəkidən əziyyət çəkir. Myasnikov vurğulayıb ki, piylənmə sonradan diabet, infarkt, insult və onkoloji xəstəliklərə səbəb olur. Koronavirusla müqayisədə piylənmənin ölüm göstəricisi daha yüksəkdir. Köklüyə meyllilik valideynlərdən də qaynaqlana bilər.
Myasnikovun fikrincə, əgər ailədə valideynlərdən birində bu cür problem varsa, o zaman uşaq kökəlməyə meylli olacaq. (Azvizion.az)