Koronavirus peyvəndinin gələcəkdəki fəsadları hələ məlum deyil – Həkim

168

“Hər kəs, xüsusilə də ürək-damar xəstəlikləri olan şəxslər peyvənd olunmalıdır. Çünki virus orqanizmdə xeyli fəsadlar yaradır”.

Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Samir Əsgərov deyib.
O bildirib ki, peyvənddən sonra isə insan bədənində virusa qarşı müdafiə sistemi yaranır.
Həkim onu da qeyd edib ki, peyvəndin qoruma müddəti və ya gələcəkdəki fəsadlar barədə hələlik məlumat yoxdur:
“Xəstəliklərə qarşı olan peyvəndlər var ki, onların bəzisi müəyyən vaxtda bir neçə dəfə vurulur, bəzi isə bir dəfə ömürlük olaraq vurulur. Yəni peyvənddən sonra bədəndə yaranan antitellər ömürlük qoruyur. Koronavirus peyvəndi isə yenidir. Onun gələcəkdəki zərərlərini, fəsadlarını bilmək üçün ən az 5-10 il vaxt lazımdır. Yeni yarandığı üçün isə belə bir məlumat yoxdur”. \\Sfera.az