Koronavirus peyvəndi və Pentaqonun hərbi layihəsi

42

Alimlər COVID-19 infeksiyasını aşkarlayacaq və dializ aparatı köməyi ilə virusu qandan təmizləyə biləcək dərialtı çip olan inqilabi filtr yaratdılar

DARPA-nın pandemiyaya reaksiyasını yönəldən istefada olan infeksionist hərbi həkim polkovnik Mat Hepbern, bazar günü axşam CBS kanalının “60 dəqiqə” proqramında qanın müntəzəm testi üçün hazırlanmış toxumaya bənzər gel nümayiş etdirdi. “Daily Mail”, “Russia Today” və digər beynəlxalq mediada jurnalistlərə izah edildiyinə görə, laboratoriyada jurnalistlərə göstərilən yaşıl gelin tərkibində bədənin yoluxub-yoluxmadığını müəyyən edən mikroçip var.

«Soyuq Müharibənin zirvəsində qurulmuş gizli şöbənin tərkibində çalışmış Pentaqon alimləri COVID-19 infeksiyasını aşkarlayacaq və dializ aparatı köməyi ilə virusu qandan təmizləyə biləcək dərialtı çip olan inqilabi filtr yaratdılar. Müdafiənin İnkişafına dair Tədqiqat Layihələri Agentliyi (DARPA) komandası uzun illərdir ki, pandemiyanın qarşısının alınması və bitirilməsi üzərində çalışır. Onlar problemləri dəyərləndirirlər və onların çalışmaları bəzən iş laboratoriyasından çox elmi-fantastik romanı xatırladır” deyə – “Daily Mail”də Harriet Aleksandr yazdı. Harriet Aleksandr «Mikroçip bəzi insanlarda dövlətin vətəndaşa mikroçip implantı etməsilə bağlı narahatlığa səbəb olur. “60 Dəqiqə” komandası ilə danışan rəsmilər, Pentaqonun insanların hərəkətini izləməyə çalışmadığını söylədi” söyləyən jurnalist əvvəl hərbçilər, sonra da əhali üçün nəzərdə tutulmuş bio-sensor rolu oynayacaq çipin istifadəsini təsəvvür edən insanların narahatlıqlarını ifadə etdi.

“Bunu dərinizin altına qoyursunuz və onun siqnalı bədəndə hansı kimyəvi reaksiyaların getdiyini, sabahı gün simptomlar göstərir. Tədqiqat qrupunu mübarizəyə ruhlandıran amil virusun 1271 ekipaj üzvünün olduğu “Theodore Roosevelt” təyyarəsində yayılmasının qarşısını almaq üçün apardıqları iş oldu. Hepbern əlavə etdi ki, biyosensor testi qanı təmizləmək üçün filtr kimi təcrübə mərhələsindədir. Bu bir növ böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin keçdiyi hemodializ prosedurudur. Qoşunların yeni ixtiraya şübhə ilə yanaşması ehtimalı böyükdür. Fevral ayında “The New York Times” qəzeti, əsgərlərin üçdə birinin peyvəndin daşıyıcıları izləmək üçün ixtira edilən mikroçip olduğunu, bədənin immunitet sistemini həmişəlik söndürəcəyini və ya bir növ dövlətin nəzarət forması olduğunu düşünərək, peyvənddən imtina etdiyini bildirdi”, deyə Aleksandr “Daily Mail”də yazır.

 

 

“Pandemiyanın on illərdir planlaşdırıldığı” şübhəsini daşıyanların narahatlığı əbəs deyil. Hərbi jurnal “Defence One” tərəfindən 2020-ci ilin martında açıqlandığı kimi, mikroçip tədqiqatlarının Silikon vadisinin“Amerikan Profusa Korporasiyası” tərəfindən yaxın zamanlarda inkişaf etdirilmiş layihə deyildi, əksinə Barak Obama və Kaliforniyanın San Fransisko Universiteti ilə iş birliyində həyata keçirildiyi, eyni ildə Şimali Karolina Universitetinin, “Çapel Hill”dəki 3-4 biotəhlükəsizlik laboratoriyasında Çinin Vuhan virusologiya institutunun alimləri ilə birgə Çin yarasalarındakı koronavirus əsasında ximera supervirusları üzərində işləyirdi. Virus gücünü artırmaq üçün “Gain of Function”funksiyası ilə inkişaf etdirilən bu süni patogenlər (nüvə silahı üçün uranın zənginləşdirilməsinə bənzər bir strategiyada) “ikili istifadə” şəklində dizayn edildi. Yəni AİDS-ə yoluxmuş genetik material birləşməsi ilə 2003-cü il SARS və 2012-ci il MERS virusu bazasında həm bio-silah, həm vaksin yaradıldı. Əvvəlcə bəzi Hindistanlı alimlər, Fransız viroloq Lyuk Montanye və biomühəndis Pierre Brikaj (NATO məsləhətçisi) yeni koronavirus ştammında HİV / AİDS virusunu və COVID-19 xəstəlik pandemiyasını tətikləyən SARS-Cov-2 olduğunu təsdiqləyəndə vəziyyət daha da şübhəli hal aldı.

2016-cı ildə “MedDevice” elmi jurnalında köhnə məqalə, Obama-Bayden rəhbərliyi dönəminin bitmə ərəfəsində, 2014-cü ildə Kaliforniyanın Qlobal Sağlıq Elmləri Universitetinin Biomühəndislik və Terapiya Elmləri Şöbəsi və aparıcı mütəxəssis Tejal Desainin rəhbərliyi ilə Profusa layihəsi üçün 7,5 milyon dollarla maliyyələşdirilən Bioloji Texnologiyalar Ofisini (BTO) açan DARPA agentliyinin mövcudluğuna sübutdur.

2012 və 2016-cı illər arasında PROFUSA PROJESİ

Pentaqonun «Perspektiv Tədqiqat Layihələri Agentliyi (DARPA), Profusa kompleks biosensor sisteminə 7,5 milyon dollar sərmayə qoydu. Bu sistem isə metabolik kimya məlumatlarını 2 ilə qədər ötürən uzunmüddətli biyosensor texnologiyasıdır. “Profusa”nın CEO-su Ben Hvanqın dediyinə görə, texnologiya müəyyən vaxt ərzində monitorinqə qədər qan test panellərindən davamlı izləyən paradiqma dəyişməsinin bir hissəsidir. Biosensor təxminən üç ilə beş millimetr uzunluğuna malikdir, 500 mikron diametrdədir və dərinin altındakı toxumaya yeridilir. “Ağıllı gel” struktur cəhətdən hüceyrələrin mikro mühitinə bənzəyir və qlükoza, oksigen, ionlar, laktat, sidik cövhəri və digər biyomarkerlər kimi bir çox kimyəvi maddələri əks etdirən floresent siqnalları yayır” deyə Suzan Hodsden 14 iyul 2016-cı ildə yazmışdı. Hodsden həmçinin, “Bu texnologiyanın bənzərlərindən fərqlənməsinin açarı odur ki, implant tərkibində heç bir metal və ya elektronika istifadə edilməyərək ”xarici cismə reaksiya”nı aradan qaldırmaq üçün hazırlanıb. Profusanın veb saytındakı məlumata görə, cihaz toxuma iltihabı və soyuqdəyməyə məruz qalmadan  yerində qala bilər və iki ildən çox müddətə məlumat toplaya bilər” deyə əsas canalıcı məqamı qeyd etmişdi.

MedDevice əlavə edir ki, “Profusa texnologiyasından istifadə edən “Lumee Oxygen Algılama Sistemi” adlanan əvvəlki nəsil  cihaz, qandakı oksigen səviyyələrini yoxlayan mövcud cihazlarla müqayisədə toxumadakı oksigen səviyyələrini təyin etmək üçün hazırlanmışdır. Bu lokal nahiyəyə tətbiq edilən monitorinq periferik arteriya xəstəliyinin (PAD) müalicəsində əvvəllər təmin oluna bilməyən ehtiyacın aradan qaldırılmasına xidmət edir və hal-hazırda 2016-cı ilin sonunda Avropa bazarına çıxmaq üçün “CE”nişanını almalıdır”.

«2009-cu ildə əsası qoyulduğu gündən bəri Profusa bir çox dövlət və xüsusi mükafatlara, qrant və sərmayələrə, o cümlədən aprel ayında “daşınan sensorlar” kateqoriyasında gümüş Edison mükafatına layiq görülmüşdür. Profusa, Lumee texnologiyası və periferik arteriya xəstələrinin daha sonrakı klinik sınaqları üçün Milli Sağlamlıq İnstitutlarından (NIH) 1,75 milyon dollar qrant aldı. DARPA-dan verilən 7,5 milyon dollar qrant bu texnologiyanın sonrakı inkişafını səhra şəraitində əsgərlərin missiyasının  səmərəliliyi naminə onların sağlıq simptomlarını izləmənin yolu kimi dəstəkləyir. Pentaqon dəri altındakı biosensorun daşıyıcılarına qrip əlamətləri ortaya çıxana qədər kömək edə biləcəyini müəyyənləşdirmək üçün yeni araşdırmanın maliyyələşdirilməsinə kömək edir. Profusa bəyan edir ki, sensorun gələn ilin əvvəlinə qədər FDA-nın təsdiqini almağını gözləyir. Sensor iki hissədən ibarətdir:1-ci hissə 3 mm hidrojel simidir və bu simin polimer zəncirləri şəbəkəsi bəzi kontakt linzalarda, digər implantlarda istifadə olunur. Şpris ilə dəri altına qoyulan simin içində infeksiya ilə mübarizə aparmağa başladığı zaman bədənin xaricinə floresent siqnal göndərən xüsusi hazırlanmış molekul var. 2-ci hissəsi dəriyə yapışdırılmış elektron hissəsidir. O dəridən işıq göndərir, floresan siqnalını aşkarlayır və daşıyıcının həkimə, veb saytına və s. göndərə biləcəyi, məsələn öksürək kimi başqa bir siqnal yaradır” Patrik Taker“Defence One”da keçən mart ayında göstərmişdi.

«ABŞ öskürək və nəfəs darlığı kimi qripə bənzər simptomlarda ortaya çıxa bilən tənəffüs yolu xəstəliyi olan COVID-19 ilə qarşılaşdığı vaxtda elan gəldi. Hərbçilər peyvənd tədqiqatlarında aparıcı rol oynayır” deyə Birləşmiş Qərargah Rəisləri Komitəsinin başçısı general Mark Milli Pentaqonda  jurnalistlərə açıqlama verdi. “Hərbi tədqiqat laboratoriyalarımız vaksin hazırlamaq üçün buradakı mərkəzdə gərgin işləyirlər. Odur ki, bunun yaxın iki ayda necə inkişaf edəcəyini görəcəyik”, Milli deyir.

“DARPA”, Bill Geytsvə “BİG FARMA”

Keçən sentyabr ayında İtalyan jurnalist Maurisio Blondet də “ağıllı hidrogel” haqqında yazaraq maraqlı nüans vurğuladı: «Biz, Müdafiə Nazirliyi (Pentaqon DARPA vasitəsi ilə), Bill və Melinda Geyts Fondu tərəfindən xüsusi təqaüdlə maliyyələşdirilən və idarə olunan Silicon Vadisinin şirkəti olan Profusa jelatin bio-sensor icad etdiyini və istehsal etdiyini öyrənirik. Bill və Melinda Geyts Fondunun təqaüdü “orqanizmdəki kimyəvi maddələrin daimi monitorinqi üçün multianalitik implantasiya edilə bilən sensorlar”ın üzərində iş aparılması deməkdir. Amma qəribədir ki, Qeytsin mikroçipinə dair məqalələr internetdən itmiş ola biləcəyinə görə təqaüd haqda məlumatlar yoxa çıxıb.

(Ardı var)

Ülviyyə ŞÜKÜROVA