Koronavirus daha dəhşətli mutasiyalaşa bilər – XƏBƏRDARLIQ

87
Prinsipcə hesab edilir ki, koronavirus hələ bir müddət yenə də mutasiyaya uğrayacaq. Baxmayaraq ki, o qrip virusundan 2 dəfə daha az sürətdə mutasiyalaşır. İmmun defisiti yaradan viruslardan da 4 dəfə zəifdir.
Bunu həkim kardioloq Yelena Malışeva bildirib.
Nə olursa olsun, Covid 19-un vəzifəsi daha az təhlükəli olmaqdır. O, indi insnaların xəstələnib, sağalmasına istiqamətlənib. Çünki yalnız bu halda virus yer üzündə möhkəmlənə bilər.
“Əgər virus, yəni korona daha ağır, ölümcül ştammda mutasiyalaşsa, yoluxdurduğu xəstəni öldürsə, onda onun yer üzündə ömrü də bitəcək.
Mövcudluğundan bəri koronavirusun 1400 mutasiyası olub. Vaksinlər bunların hamısını öldürür. Antitellər hasil olur və koronavirusu neytrallaşdırır. Rəsmi məlumatlar budur. Yox əgər yaxın gələcəkdə koronavirus ölümcül güclü mutasiyalaşsa, onda ehtiyat etməyə dəyər. Amma tibb hər bir halda mutasiyaya qarşı vaksin üzərində işləməlidir. Bu iş bununla bitmir”. \\AZXEBER