Koçaryan seçki kampaniyasına Moskvadan başlayıb: Poznerə müsahibə verir, Putinlə danışıq aparır

108

Hurriyyet.org xəbər verir ki, Vətən müharibəsi dövründə yalan xəbərləri ilə məşhur olan “Wargonzo kanalının məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin ilə hazırda Moskvada səfərdə olan keçmiş Ermənistan Prezidenti Robert Koçaryan bir saata yaxın onlayn söhbət aparıblar: “Bizdə olan məlumata görə, Putin ilə Koçaryan məsafəli rejimdə (koronavirusa qarşı tədbirlər çərçivəsində) əlaqə saxlayıblar. Yaxın zamanlarda rəsmi məlumat veriləcəyi gözlənilir”.

Söhbətin bir saata yaxın davam elədiyi, Ermənistanda siyasi böhranın, qarşıdakı parlament seçkilərinin və təhlükəsizlik məsələlərinin müzakirə edildiyi bildirilir.

Köçəryanın Putinlə Rusiyanın Birinci kanalında Vladimir Poznerin görüşünə getməzdən əvvəl danışdığı xəbər verilir.

Poznerin Rusiya teleməkanındakı statusu nəzərə alındıqda, onun Koçaryanı dəvət eləməsinin təsadüfi olmadığı nəticəsinə gəlmək olar.“Wargonzo teleqram-kanalının yazdığına görə, bu addım Ermənistandakı seçki kampaniyasında Koçaryanın reytinqində öz əksini tapacaq.

Bəlli olduğu kimi, Ermənistanın eks-prezidenti Robert Koçayran 20 iyun tarixində keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlaşır.

Poznerə müsahibəsində Koçaryan Türkiyəni Ermənistan üçün 1 nömrəli təhdid adlandırıb və sərhədlərin açıqlacağı təqdirdə, Ermənistanın Ankaranın ciddi iqtisadi ekspansiyası ilə qarşılaşacağını iddia edib.

Revanş haqqında suala cavab verən Koçaryan dağılmış erməni ordusu ilə yeni müharibənin qeyri-mümkün olacağını qeyd edib. Eyni zamanda hələ heç də Qarabağla bağlı hər şeyin itirlmədiyini söyləyib.