Köçəryanın Kremlə sensasion təklifi – Arşakyan

387

Ermənistan subyekt halında Rusiya Federasiyasının tərkibinə qatıla bilər. Dağıstan və yaxud Kabardino-Balkar kimi.

Axar.az xəbər verir ki, bu sensason iddianı erməni siyasi şərhçi Tevos Arşakyan irəli sürüb.

Onun sözlərinə görə, Robert Köçəryan Moskvaya səfəri zamanı Kremlə Ermənistan dövlətinin müstəqilləyini taxt-tac əvəzində təklif edib.

“Köçəryanın məntiqinə görə, Rusiyanın dəstəyini qazanmaq üçün Kremlin qarşısına samballı bir təkliflə çıxmaq lazım idi. Ermənistanın dövlət müstəqilliyini itirmək hesabına. Yada salaq ki, Köçəryan hakimiyyətinin 10 ili ərzində erməni xalqı vahid qüvvə kimi çıxış etmək iqtidarında deyildi. Yalnız Köçəryan hakimiyyətdən gedərkən Sərkisyanı öz yerinə gətirdikdə erməni xalqı “partladı” və etiraz əlaməti olaraq küçələrə çıxdı. O zaman Köçəryan-Sərkisyan rejimi hakimiyyəti əldən verməmək üçün Ermənistan küçələrini “qan dənizinə” çevirdi”, – deyə erməni ekspert qeyd edib.