Köçəryanın ittiham olunduğu maddə dəyişdirilə bilər

69

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ittiham olunduğu “konstitusiya quruluşunu devirmək” maddəsi “vəzifə səlahiyyətlərini aşmaq” maddəsinə dəyişdirilə bilər.

Bu barədə “Sputnik Ermənistan” ittihamçılardan Qevork Baqdasaryana istinadla məlumat yayıb.

Bundan əvvəl Ermənistan Konstitusiya Məhkəməsi “konstitusiya quruluşunu devirmək” maddəsinin Ali Qanunun iki maddəsinə zidd olduğunu bildirib və etibarsız hesab edib.

Məhkəmə qərarı dərc olunduğu andan qüvvəyə minib.

Köçəryanın vəkilləri bildiriblər ki, Konstitusiya Məhkəməsinin qərarı bu maddəyə əsasən cinayət təqibinə xitam verilməsini nəzərdə tutur.

//virtualaz.org/