Köçəryan Paşinyandan öncə Moskvaya uçdu

102

Ermənistanın eks-prezidenti Robert Köçəryan çərşənbə axşamı Moskvaya səfər edib.

Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, səfər qısa müdddətli olub.

Onun “AFK Sistema” şirkətinin iclasında iştirak etdiyi və İrəvana geri döndüyü bildirilib.

Qeyd edək ki, Nikol Paşinyanın Rusiyaya səfərinin aprelin 7-də olacağı gözlənilir.