Kişilər mütləq oxusun! Bu əlamətlər cinsi aktivliyi azaldır

141

Ürək-damar xəstələri, xüsusən infarkt keçirən kişilər cinsi həyatın onlar üçün təhlükəli olduğunu düşünüb qorxur və cinsi münasibətdən tamam imtina edirlər.

Türk uzman androloq prof. Halim Hattat bunun yanlış olduğunu bildirib.

“Ürək-damar, infarkt xəstələrinin cinsi problemləri sərtləşmə zəifliyi və cinsi istəksizlikdir.

Bunların digər səbəbi testosterone azalması, yülsək təzyiq, piylənmə, qan dövranın pozulmasıdır. Ürək və təzyiq dərmanların yan təsiri olaraq kişilərdə cinsi istəksizlik əmələ gələ bilir. Ona görə ürək xəstələrində cinsi istəksizlik və ereksiya probleblemlərinin səbəbini araşdırıb, ürək sağlığını qoruyan, az zərər vuran cinsi müalicə yollarından istifadə edib, xəstənin cinsi münasibətini qaydaya salmaq lazımdır.

Məsələn, bir çox təzyiq və ürək dərmanları qəbul edənlərə ereksiya və sərtləşdirici dərmanlar qadağandır. Bu zaman xəstədə xüsusi yerli inyeksiyalar, hormonlar, şok dalğa. PRP kimi metodlar tətbiq edib, vəziyyəti düzəltmək olar. Eləcə də ürək xəstələrində testosterone səviyyəsi düşür, bu zaman kişi cinsi istəksizlik yaşayır.

Testosteronun əskikliyi fonunda xəstədə ölüm qorxusu, cinsi əlaqədə uğursuzluq, ereksiya pozulması, həvəssizlik, qadını cəlbedici hiss etməmək, özgüvən azlığı artır və o tamamilə cinsi həyatdan uzaqlaşır, qaçır. Bu zaman xəstəni kardioloq, androloqla yanaşı, bir psixiatr da müalicə etməlidir və testosteronun miqdarı hormonal müalicə ilə artırılır. Bundan sonra xəstə düzəldiyini hiss edir”.

Həkim ciddi ürək problemi, müalicəsi, xəstəxanada müalicə, infarktdan sonra 8-14 həftə gözləyərək, cinsi münasibətdən kənarlaşaraq, sonradan buna geri dönməyi tövsiyə edir.

Stend əməliyyatından sonra 3 ay boyunca hər ay həkim kontrollorundan keçir, bir problem olmazsa, 3 ay sonra cinsi münasibətə davam edə bilər. \\Medicina.az