“Kipr türklərinə yardımçı olmaq qardaşlıq borcudur” – Ərdoğan Türk Şurası üzvlərinə

18

“Türk dünyasının ayrılmaz parçası olan Kipr türkləri ilə həmrəy olmaq qardaşlıq borcudur. İllərdir məruz qaldıqları haqsızlıqlar və embarqoların ləğv edilməsi üçün Kipr türklərinə lazımi yardımı əsirgəməyəcəyinizə inanıram”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının qeyri-rəsmi Zirvə toplantısında söyləyib.

“Kipr türk xalqının Türk Şurasının mədəniyyət, təhsil, elm və idman kimi fəaliyyətlərinə qatılması təcridin təsirlərini azaltmağa yardımçı olacaq. Güc birliyi ilə Kipr türklərini də layiq olduqları səviyyəyə çatdıracağımıza inanıram”, – dövlət başçısı bildirib.