Kabildə məktəbdə partlayış: ölənlərin sayı artdı

Kabil Səid ul Şuhədə qızlar məktəbinin yaxınlığında törədilmiş silsilə partlayışlar nəticəsində azı 40 nəfər ölüb, onlarla yaralı var. “Reuters” xəbər verir ki, Səhiyyə Nazirliyinin sözçüsü Qulam Dəstəgir Nəzəri 46 nəfərin xəstəxanalara yerləşdirildiyini bildirib. Rəsmi mənbələrə görə, ölən və xəsarət alanların böyük əksəriyyəti məktəbin qız şagirdləridir. Bu hücumların məsuliyyətini hələlik heç kim üzərinə götürməyib. “Taliban” sözçüsü Zəbihullah Mücahid də onlara ünvanlanan ittihamları rədd edərək bu hadisəni pislədiklərini açıqlayıb.

Qeyd edək ki, məktəbin yerləşdiyi paytaxtın şiələrin yığcam məskunlaşdığı qərb hissəsi son illər İŞİD tərəfindən mütəmadi hücumlar hədəfinə çevrilir. \\Virtualaz.org