Kəlbəcər yataqları qızılı ucuzlaşdıracaq?

294

Qızılın qiyməti ayrı-ayrı ölkələrdə deyil, dünya bazarında tənzimlənir. Hazırda qızılın unsiyası 1800-1860 dollardır.

Bu sözləri Axar.az-a iqtisadçı Natiq Cəfərli son günlər sosial şəbəkələrdə Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) və digər qızıl yataqlarının bu ilin sonlarına qədər istismara verilməsi ilə qızıl bazarında qiymətlərin enməsi haqda səslənən iddiaları şərh edərkən deyib.

Onun sözlərinə görə, Söyüdlü (Zod) və digər qızıl yataqlarının bu ilin sonlarına qədər istismara verilməsi haqda danışmaq hələ tezdir:

“Çünki bu, qısa müddətdə ərsəyə gələn iş deyil. Hazırda qeyd olunan yataqların əlçatan olması və emal prosesinin başlaması üçün infrastruktur işləri görülür. Yeni yollar çəkilir, nəqliyyat bağlantısı təmin olunur.

Kəlbəcərdən çıxarılacaq qızılın isə ölkədə real qızıl bazarına təsir imkanı sıfıra bərabərdir. Çünki qızılın qiyməti çıxarılan qızıldan deyil, dünya bazarından asılıdır”.