Jozef Borrel: “Rusiya qonşudur, amma təhlükəli qonşu”

270

Avropa Şurası diplomatiyasının başçısı J.Borrel Rusiyanı əlaqə kanallarının saxlanılması lazım olan “təhlükəli qonşu” adlandırdı. “Biz Rusiya ilə ünsiyyət kanallarını müzakirə etməliyik. Rusiya qonşudur, amma təhlükəli qonşu. Lakin biz ümumi maraqlarımızın olduğu məsələləri müzakirə və həll etməliyik. Məsələn, İranla nüvə razılaşması və ya iqlim dəyişikliyi kimi. Amma eyni zamanda onun qarşısını almalıyıq və Rusiyanı durdurmalıyıq”, deyə Borrel bildirib.

Ülviyyə Şükürova