İsveçrəli qadın diplomatın İranda müəmmalı ölümü – qətl, yoxsa intihar?

60

Hurriyyet.org xəbər verir ki, İsveçrənin Tehrandakı səfirliyində çalşan yüksək vəzifəli xanım diplomat yaşadığı 20 mərtəbəli binanın 17-ci mərtəbəsindən düşərək həlak olub. 52 yaşlı Silve B.  İsveçrənin İrandakı səfirinin birinci müavini olub.

Hələ ki, nə İran mənbələri, nə də İsveçrə XİN qadının adını açıqlayıblar. İsveçrə XİN diplomatın ailəsinə dərin hüznlə başsağlığı verib və faciəli ölümdən şoka düşdüklərini bildirib.

İran ilə ABŞ arasında diplomatik münasibətlər olmadığından, iki ölkə arasında əlaqələr İsveçrə səfirliyi vasitəsi ilə baş tutur.