İsveçdən Finlandiyaya: Rusiya hücum edərsə…

306

Finlandiya İsveçin dördüncü nəsil “Gripen” qırıcılarını almalıdır.

Bunu İsveçin Hərbi Hava Qüvvələrinin komandanının müavini general Anders Persson deyib. Onun sözlərinə görə, Rusiya ilə müharibə olarsa, Finlandiyanın hava donanması qonşu İsveçdəki bazalara geri çəkilməli olacaq və bunu asanlıqla etmək üçün iki ölkədə də “Gripen” olmalıdır:

“Rusiya ilə konflikt olarsa, Rusiya təyyarələrinin böyük hissəsi Finlandiya və İsveçin hava məkanına şimal-şərqdən daxil olacaq. Finlandiya Hərbi Hava Qüvvələr belə təzyiqə dözə bilməyəcək və geri çəkiləcək. Biz bunun sayəsində iki komandiri olan bir aviasiya olacağıq”.

Qeyd edək ki, bundan öncə Finlandiya döyüş təyyarələri almaq üçün 12 milyard dollar vəsait ayırıb. Bunun üçün ölkə tender elan edib.

Tenderdə iştirak üçün “Eurofighter”, “Rafale” (Dassault), F/A-18E/F Super Hornet (Boeing), “F-35 Lightning II” (Lockheed Martin) və “Gripen E/F” (Saab) şirkətləri müraciət edib. \\Axar