İsveçdə Qurani-Kərimə alçaq hücum

174

Hurriyyet.org xəbər verir ki, islamofobiya Avropada getdikcə daha ağır formalar almaqdadır. Bu səfər İsveçdə müqəddəs Qurani-Kərim kitabının üzərinə kəsilmiş vəhşi donuz başı qoyulması etirazlara səbəb olub.

Çirkin hadisə İsveçin Jönköpinq rayonundakı Vetlanda qəsəbəsindəki bir avtomobil parkında baş verib.

Hadisə yerinə gələn polis araşdırma aparacağını bildirib.

Polisin mətbuat nümayəndəsi Björn Öberq deyib: “Hadisə yerinə gəldiyimi zaman oradakı bir çox insanın narahat olduğunu gördük”.

Hələlik heç kim cinayət məsuliyyətinə cəlb edilməyib. İsveçdə indiyə qədər bir çox məscidin qarşısına yandırılmış müqəddəs kitab və donuz başı qoyulub. Cəzasızlıq cinayətkarlara cəsarət verir.