İsrail Xalq Komitəsinin Hesabatından koronavirus peyvəndi ilə bağlı həyəcan siqnalı

75

Səhiyyə sahəsində aparıcı İsrail ekspertlərindən ibarət vətəndaş orqanı olan İsrail Xalq Komitəsi Pfizer peyvəndinin insan orqanizminin bütün sistemlərinə ziyan vurduğunu göstərən aprel hesabatını dərc etdi. IXK-nin araşdırmaları həqiqətə uyğundursa, AstraZeneca peyvəndi Avropadakı ölümlərə səbəb olduğundan çox, İsraildəki ölümlərin yüksək sayda olması ilə Pfizer peyvəndi bağlıdır. Araşdırmalar bütün səviyyələrdə fəlakətlidir. Bu, ən dağıdıcı nəticələri ortaya qoyan ətraflı hesabatdır. Onların arqumenti isə “indiyə qədər insana bu qədər zərər verən bir peyvənd olmamışdır”sözündə əks olunur. Hesabatın tam, orijinal mətni buradadır(https://greatgameindia.com/israel-report-pfizer-vaccine-side-effects/?subscribe=success#500).

“Vaksinasiyadan 10 gün sonrakı 288 ölüm məlumatını əldə etdik. Bunların 64% -i kişilərdir”. Ardınca hesabatda deyilir: “Səhiyyə Nazirliyinin verdiyi məlumatlara görə, İsraildə yalnız 45 ölümün peyvəndlə bağlıdır”. Bunlar real rəqəmlərdirsə, İsrail öz eksperimentlərinin nəticələri haqda dürüst hesabat verməyib.

AstraZeneca peyvəndinin nadir görülən yan təsirləri və Avropada 300-dən çox vaksin səbəbindən qan laxtalanması hadisəsi haqqında çox şey eşitmişik. Alman alimləri, AstraZenecanın COVID-19 peyvəndinin alıcılarda qan laxtalanmasına necə səbəb olduğunu dəqiq 2 mərhələdə tapdılar. Onlar peyvəndlərin bu böyük laxtaları yaratmadan əvvəl bədəndə baş verməli olan bir sıra hadisələri təsvir edirlər. Bu arada ABŞ CDC və FDA “Johnson & Johnson”un koronavirus peyvəndinin istifadəsi ilə bağlı tövsiyələrini dayandırdılar. Artıq bu peyvəndə onun nəticəsində qan laxtalanması riskləri əmələ gəldiyini xəbərdar edən təhlükəsizlik etiketi əlavə edəcək.

“Mərkəzi Statistika Bürosunun 2021-ci ilin yanvar-fevral ayları məlumatına görə, kütləvi peyvənd kampaniyasının zirvəsində, İsraildə ümumi ölüm nisbətində əvvəlkinə nisbətən% 22 artım oldu. Əslində, 2021-ci ilin yanvar-fevral ayları son on ildə ən çox ölümün baş verdiyi aylar oldu”.

IXK hesab edir ki, “20-29 yaş qrupu arasında ümumi ölüm artımı qəfil baş verib. “Bu yaş qrupunda ümumi ölüm səviyyəsində əvvəlki ilə nisbətən 32% artım aşkar etdik. Mərkəzi Statistika Bürosundan və Səhiyyə Nazirliyinin məlumatları ilə tutuşdurulan statistik analizlər peyvənd olunanlar arasında ölüm nisbətinin təxminən 1: 5000 (1 ildə, 20-49 yaşlarında 1: 13000);  50-69 yaşlarında 6000, 70 yaşlarında 1: 1600) civarındadır. Məlum göstəricilərə görə, bu günə qədər birbaşa peyvənddən İsraildə ölənlərin sayını təxminən 1000-1100 nəfər hesablamaq mümkündür”.

Beləliklə, əgər bu real statistik analizdirsə, İsrailin səhiyyə orqanları tərəfindən bildirilən rəqəmlər çox dərəcədə yanıltıcı və səhvdir. Bütün yaş qruplarında 10 aya qədər olan gündə peyvənd vurulan insanların sayı ilə gün ərzində ölənlərin sayı arasında yüksək əlaqə var. 20-49 yaşlar – peyvənd vurulduğu gündən ölümə qədər 9 gün, 50-69 yaş – peyvəndən ölümə 5 gün, 70 yaş və yuxarı – peyvənddən ölümə qədər”.

IXK, həmçinin “ikinci peyvənddən sonra ölüm riskinin, ilk peyvənddən sonra ölüm riskindən daha yüksək olduğunu” ortaya qoyur, amma söhbət yalnız ölüm riskindən getmir. İXK-nin hesablamalarına  görə, “hesabatın dərc edildiyi tarixə qədər Mülki İstintaq Komitəsində peyvəndin əks təsirlərinə dair 2066 hesabat toplanmış və məlumatlar daxil olmağa davam edir.

Bu hesabatlar peyvəndin insan bədənindəki demək olar ki, hər orqana zərər verdiyini göstərir. Analizimiz peyvənd nəticəsində ürək tutmaları nisbətinin daha yüksək olduğunu aşkarladı. Vaksin nəticəsində baş verən bütün ürək tutmalarının 26%-i 40 yaşa qədər gənclərdə meydana gəlmişdir, bu hallarda ən çox görülən diaqnoz miozit və ya perikarditdir. Həmçinin, yüksək miqdarda vaginal qanaxma, nevroloji zərər, skelet və dəri sistemlərinin zədələnməsi müşahidə edilmişdir. Qeyd etmək lazımdır ki, əks təsirlərin birbaşa və ya dolayısı ilə hiperkoagulyasiya (infarkt), miokard infarktı, insult, hamiləlikdə düşüklər, əzalardakı qan axınının pozulması, ağciyər emboliyası ilə əlaqəlidir.

Tərcümə etdi: Ülviyyə Şükürova