İsrail və İran: casus hərəkatı silsiləsinin epizodları…

81

Netanyahu ilə yaxşı münasibətlərdə olan Trampdan fərqli olaraq, Bayden ona “pas vermir

İsrailin İranın içindəki gizli fəaliyyəti İranın nüvə bombasını ərsəyə gətirməsi üçün ehtiyac duyduğu materialın istehsalını təxirə saldı. İsrail casusları bir ay əvvəl İranın nüvə zavodunun içərisinə partlayıcı yerləşdirmək, uranı işə salan sentrifuqalara nəzarət edən kompüterlərə kiberhücum və nüvə aliminə güllə yağdırmaq üçün əvvəlcədən hazırlıq görmüşdülər – bu hadisələrin hər biri casus trilleri üçün epizod ola bilər.

Ancaq bu cəhdlərin uğurlu olub-olmadığı başqa sualdır. Bu gizli hücumlar Vaşinqtonun tətbiq etdiyi İranı əldən salmağa niyyətli sanksiyalarla birgə İranı gerilətməyi bacardı, ancaq Tehran nüvə ambisiyalarından tam imtina etmədi. İranın nüvə danışıqlarına yanaşmasının dəyişməsinə nail olunmadı, əksinə Tehranın uranın zənginləşdirilməsinə davam etmək və nüvə silahları üçün “qırılma” məqamının gəlməsi qərarını qətiləşdirdilər.

11 aprel tarixində partlayış nəticəsində İranın tanınmış nüvə obyektlərindən biri olan Natanz uran zənginləşdirmə obyektində elektrik təchizatı kəsildi. Xəbərlərdə İsrail və ABŞ kəşfiyyat zabitlərinin verdiyi məlumata görə, İran rəsmiləri, orada nüvə fəaliyyətlərinin bir neçə həftədən doqquz aya qədər dayandırıldığını söylədi. Bu, Natanz nüvə stansiyasına bir ildə üçüncü hücum idi. Keçən iyul ayında yeni santrifuqkompleksi hazırlayan binanın bir hissəsində bomba partladı və proqramı aylarla təxirə saldı. Mütəxəssislər, hər iki hücumun yalnız fiziki iştirakla edilə biləcəyini söylədi.

Natanza ilk hücum on ildən də çox əvvəl başlamışdı. Stuxnet adlı kiber silah, 5000 sentrifuqdan 1000-i sıradan çıxarıldı. Sentrifuqlar, 5%-dən az zənginləşdirildikdə güc yaradan və 90% zənginləşdirildikdə nüvə bombası yanacağına çevrilən radioaktiv izotop olan uran-235-i izolyasiya etmək üçün yüksək sürətlə fırlanan silindrik cihazlardır. Bu hücum proqramı 18 aydan iki ilə qədər ləngidildi. Keçən noyabr ayında İranın nüvə proqramının arxasında beyin olduğuna inanan İranlı bir nüvə alimi Möhsün Fəxrizadə Tehran yaxınlığında pilotsuz silahla vurularaq öldürüldü. 2007-ci ildən bəri nüvə proqramı ilə əlaqəli daha yeddi İranlı alim və hərbi məmur öldürüldü.

İsrail bu hücumların heç birində iştirakını nə təsdiqlədi, nə də inkar etdi. Yalnız 2018-ci ildə Fəxrizadənin gizli şəkildə bomba hazırlamağa davam etmək üçün təfərrüatlı planlar hazırladığını və bu səbəbdən 2015-ci ildə İranla ABŞ arasında dünya dövlətləri arasında imzalanan nüvə anlaşmasının şərtlərini pozduğunu göstərən bir sıra sənədləri oğurladığını etiraf etdi…

İsrailin gizli hərəkatı doğrudan da bomba hazırlanmasını ləngitdi və bəzi İsrail kəşfiyyat zabitləri bunun İranın nüvə proqramını durdurmağın yolu olduğunu düşünürlər. Onlar deyirlər ki, nüvə anlaşmasının yenilənməsi İranın nüvə ambisiyalarına qarşı maneə deyil. Əksinə İranın uranın zənginləşdirilməsini qanuniləşdirəcək və nüvə bombasına sahib İranın yolunu açacaq ona mükafat olacaq. İddiaya görə, sanksiyaların ləğvi İrana neftini satmasına, boş kassalarını vəsaitlə doldurmasına və bölgədəki müxtəlif terrorçuları maliyyələşdirmək üçün bir hissə əlinə pul keçməsinə imkan verəcək. Onlar deyirlər ki, İranın bölgədəki təsirini azaltmaq üçün nüvə sazişi yerinə iqtisadi və hərbi təzyiqlərdən istifadə edilməlidir.

Ancaq çoxları fərqli fikirdədir və hesab edirlər ki, İsrailin aktları İranı bomba hazırlığından əl çəkməyə inandırmağa razı salmadı, yaxud Bayden administrasiyasını bu yaxınlarda başlamış danışıqlarda daha sərt sövdələşməyə razı salmağı bacarmadı.

Vyanada keçirilən nüvə razılaşması iclaslarından nə İran, nə də ABŞ kənarda qaldı. Əvəzində İran son hücumdan uranın zənginləşdirilməsini 20%-dən 60%-a qaldırmaq üçün istifadə etdi və bomba hazırlamaq üçün lazım olan müddəti daha da qısaltdı. Beynəlxalq Böhran Qrupunun İran layihə direktoru Əli Vaez, İsrailin gizli hücumlarının yalnız yavaşlatdığını, ancaq İranın nüvə fəaliyyətini biryolluq dondurmadığını söylədi. Vaez, əgər bu hücumlar davam edərsə, nüvə silahı əldə etməyə çalışan İranın sərt yanaşma tərəfdarlarını gücləndirəcəklərini söylədi. Vaez, “Sabotaj və sanksiyalar yalnız İranın nüvə proqramının vüsət almasına səbəb oldu. Yalnız diplomatiya prosesi geri döndərdi”, dedi.

İsrail ordusunun təqaüddə olan briqada generalı və hərbi kəşfiyyat araşdırmalarının rəhbəri Yossi Kupervasser, gizli iqtisadi təzyiqlər və etibarlı hərbi variantdan ibarət hərtərəfli səyləri müdafiə etdi. Kupervasser, “Bu, uzunmüddətli siyasətdir, buna görə hər gün bu siyasətin uğurlu olub olmadığını soruşmağın mənası yoxdur. Bu andakı gizli fəaliyyətlər isə İranın nüvə layihəsinin qarşısını almaq üçün Tehrana vaxt qazandırmaqdan başqa hansı yollar olduğunu aydınlaşdırmaq məqsədi daşıyır”, deyə İsrailin məqsədinə çatana qədər durmayacağını ifadə edir.

İsrail uzun müddətdir ki, bu müqaviləyə qarşı çıxır və onun narahatlığının əsassız olmadığı görünür. Formal olaraq Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi tanınan saziş, İrana uranı yalnız 2031-ci ilə qədər yüzdə 90%- silah keyfiyyətinə çatacaq qədər- zənginləşdirməyə qadağa qoydu, amma Tehranın hədəf alacağı uzun mənzilli ballistik raketlərin istehsalını qadağan etmədi. İsrail israr edir ki, bu razılaşma İranla münaqişəyə əlac olmayacaq və İsrail sərhədlərində İran silahlı dəstələrinin yayılması kimi əlavə təhlükəsizlik riskləri gətirir.

Ancaq İsrailin baş naziri Binyamin Netanyahu ilə yaxşı münasibətlərdə olan keçmiş ABŞ prezidenti Donald Trampdan fərqli olaraq, Co Bayden ona “pas vermir”. Bir çoxları deyir ki, son hücumlar İranın nüvə proqramını pozmaqdan daha çox Bayden rəhbərliyinə mesaj vermək məqsədi daşıyırdı. İdeya bu idi ki, ABŞ-ı danışıqlar aparmaqdan çəkindirməyə məcbur etmək və ya ən azından İranın nüvə obyektlərini qoruya bilməməsi səbəbindən danışıqlarda daha çox güzəşt istəmək üçün istifadə edilsin. İsrail narahatdır ki, Bayden müqaviləyə əvvəlki səpkidə qoşulacaq. Son hücumlar ABŞ-a İsrailin Baydenin istəyib-istəməməsindən asılı olmayaraq İranın qarşısını tək başına almağa qədər gedəcəyini göstərmək məqsədi daşıyırdı.

“Chatham House”-un Yaxın Şərq və Şimali Afrika üzrə proqramının müdir müavini və baş elmi işçisi Sanam Vakil bildirir ki, İsrailin fəal strategiyası Bayden administrasiyasına İranın regional aktivliyini dayandırmaq üçün təzyiq etmək üçün hazırlandı. Vakil, “Bayden komandası hazırda JCPOA-ya  dəyişikliklər etmək istəmir. Hələlik məqsəd İranın danışıqlara dönməsini görmək və proqramdakı fəaliyyətini bərpa etməkdir”deyir və ABŞ-ın İsrailin narahatlığını azalda biləcək güzəşt axtardığını istisna edir: “Bu prosesə nail olunarsa, məqsəd zaman keçdikcə bəzi müddəaları hazırlamaq üçün müqaviləni” gücləndirmək və vaxtı uzatmaq”, bəlkə də qitələrarası ballistik raketlər məsələsini həll etməkdir”.

İran tələb etdi ki, əvvəlcə ABŞ razılaşmaya qayıtsın və yalnız bundan sonra razılaşmanı pozmaqdan geri addım atacaq. Prinston Universitetinin Yaxın Şərq təhlükəsizliyi və nüvə siyasəti mütəxəssisi Seyid Hüseyni Musavian, İranın Trampın ondan imtina etməsindən bir il sonra da razılaşmaya tam əməl etdiyini və əvvəlcə öz öhdəliyini sübut etmək vəzifəsinin ABŞ-a aid olduğunu söylədi. Musavian, “Tel-Əvivin davamlı təxribatının son nəticəsi İsrailin Orta Şərqdəki nüvə silahları üstünlüyünü dağıdan nüvəİranı olacaq” deyə xəbərdarlıq etdi. O əlavə etdi ki, bölgədəki düşmənləri tam şəkildə uzun mənzilli raketlərlə təmin edilirsə, İran bundan imtina edə bilməyəcək. Musavian, “İranın ballistik raket məsafəsi maksimum 2000 km, Səudiyyə Ərəbistanı və İsrailin ballistik raketləri isə 5.000 km-dir. İlk addım kimi İsrail və Səudiyyə Ərəbistanının öz uzaq mənzilli raketlərini 2000 km ilə məhdudlaşdırmalıdırdlar. İran adi silahlar baxımından da sanksiyalar altındadır, amma İsrail, Səudiyyə Ərəbistanı və digər ABŞ müttəfiqləri Amerikadan və digər bütün dünya güclərindən yüz milyarlarla dollarlıq ən müasir silahları idxal edirlər. Bu səbəbdən ikinci addım Yaxın Şərqdəki bütün ölkələr üçün ədalətli silah tənzimləməsi olmalıdır” sözləri ilə fikirlərini tamamlayır.

Ülviyyə Şükürova