İspaniyanın Müdafiə naziri: “AstraZeneca” peyvəndi hərbçimizin ölümünə səbəb oldu”

81

Hurriyyet.org xəbər verir ki, İspaniyada bir hərbçi “Astra Zeneka” peyvəndindən sonra tromboz (damarlarda qan laxtasının əmələ gəlməsi) nəticəsində dünyasını dəyişib.

Xəbəri İspaniyanın Müdafiə naziri Marqarita Robles də təsdiqləyib. Nazir jurnalistlərə açıqlamasında deyib: “Bizə verilən tibbi hesabatlardan görünür ki, ölüm halı vaksinasya nəticəsində baş verib”.

Marqarita Robles peyvənd səbəbindən vəfat etmiş 35 yaşlı hərbçi Fransisko Peres Benitesin ailəsi və xidmət yoldaşları ilə görüşündə deyib: “Bu, çox ağır xəbərdir. Amma eyni zamanda insanların peyvənd edilməsi də vacibdir”.

İspaniya mətbuatının verdiyi xəbərə görə, hərbçi Fransisko Peres 24 aprel tarixində Navarranın Universitet xəstəxanasında, peyvənd edildikdən sonra yaranan ağırlaşmadan keçinib. Ölüm səbəbi beyinə qansızmadır. O, 7 aprel tarixində peyvənd olunmuşdu.