İspaniyada ardıcıl zəlzələlər: şəhərlər silkələndi

270

İspaniyanın bir neçə şəhərində zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Milli Coğrafiya İnstitutu məlumat yayıb.

Məlumata görə, Qranada şəhəri ərazisində silsilə zəlzələlər baş verib, onlardan üçünün maqnitudası 4 və daha yüksək bal gücündə olub.

Bundan əlavə, Kulyar-Veqa şəhərində 4,2, Santa Fedə isə 4,3 bal gücündə zəlzələ qeydə alınıb.

Qeyd edək ki, tələfat və dağıntılar barədə məlumat verilməyib.