İslam və millətçilik

105

Və yaxud millətçiliyin mahiyyətini dərk etməyənlərin dinimizə qarşı “savaşı”

“Nə istəyirsiniz müsəlman türklərdən?”

Dövlət Baxçalı

Türkiyənin nüfuzunun güclənməsi Turanın yaradılması barədə planları gerçəkləşdirir. Bu barədə Türkiyədə, eləcə də ölkəmizdə çoxsaylı müzakirələr gedir. Hətta rus mediasında belə, bu məsələyə toxunurlar. Amma nədənsə, Turanın sanki yalnlız milli meyarlara əsaslanan qurum olacağına dair gümanlar daha çoxdur. Sanki “Rusiya yalnız ruslar üçün” şüarının Turanda da həyat tapacağı gözləntiləri var. Deyəsən, bəzən millətçiliklə irqçilik səhv salinır və ya bəziləri millətçilikdə dini dəyərlərin yerinin olmadığını sanırlar. Halbuki millətçilikdə də mövcud olan mənəvi dəyərlərin kökü əsrlər boyu insanların birgə yaşam tərzini tənzimləyən normaların mənəviyyat prinsiplərinə çevrilmiş ilahi qaynaqlı əmrlərindən irəli həlir. Elə törə kimi…

Əvvəlcə başlayaq “Hürriyyət” qəzetində ara-sıra yazıları ilə çıxış edən Şapur Qasiminin mənim Şuşa barədə yazıma iradlarından. Hansı ki, ilk olaraq müəllif mənim yeni nəslin dövlət adamlarının Şuşada yetişəcək məktəbin sıralarından olacağı barədə fikrimə irad bildirir. Sual edirəm, sizcə, Dövlət Baxçalı kimi önəmli dövlət adamı Şuşanı təsadüfənmi seçdi? Təbii ki, yox! Məncə, həmin məktəbdə təhsil türk üslublu olmalıdır və ya olacaq. Təhsilimizin bərbad vəziyyətə düşməsinə şübhəniz varmı? Məktəblərdə şagirdlərin arasında baş verən etikadan kənar hallar televiziyada, mediada dəfələrlə işıqlandırılmayıbmı? Çox ümid edirəm ki, Şuşadakı məktəbdə bu amil mütləq nəzərə alınacaq.

Azərbaycan da hazırda Türk Dilli Dövlətlər kimi formalaşması gedən birliyə daxil olduğu üçün yeni nəslin yetişməsində mütləq rusizm qalıqlarının təmizlənməsi getməlidir. Bəli, erməni qanı daşıyanlar dövlət idarəçliyinin sisteminə daxil edilməməlidir. İçimizdəki ermənilərin uşaqları da erməni qanı daşıdıqları üçün onlarla bağlı ayrıca mexanizm qurulmalıdır. Bəlkə, siz fərqli düşünürsünüz? Özünüz bilərsiniz, amma bu, mənim düşüncəmdir.

Dövlətimiz içimizə yerləşən kriptoermənilərdən az çəkməyib. Bunlar təmizlənməli deyilmi? Mən deyirəm ki, dövlət idarəetməsi üçün kadrlar xüsusi tədris ocaqlarında yetişdirilsin, kənardan təsadüfi adamlar dövlətə sızmasınlar. Bu missiyanı Şuşada açılacaq məktəb də yerinə yetirə və yaxud bu məqsəd üçün başqa tədris ocağı da təşkil oluna bilər.

Şapur Qasiminin qan, əsil-kök barədə ironik yanaşmasına gəldikdə isə, ona “qan yaddaşı” adlı bir məfhumun olduğunu diqqətinə çatdırım. Bildiyimə görə, Türkiyədə hərbi məktəblərə müdavimlər nə vaxtsa nəslində dövlətə xəyanət edən adamlar olub-olmadığı yoxlandıqddan sonra götürülür. Dövlət adamının sadiq olduğu ideya yoxlanılmamalıdırmı? Hətta İngiltərədə də, xüsusi xidmət orqanlarına işçi götürülərkən, onların valideynlərinin kimliyi araşdırılır. Çünki bunlar köklü, uzunömürlü, güclü dövlət olmağın vacib amillərindəndir.

Sizə Nəcməddin Sadıkov misalı kifayət deyilmi? Və onun hələ də “yerin altında” olan, ifşa olunmamış, amma açılıb ortaya töküləcək qara işlərinin köməkçiləri… Onların beyni, şüuru milli və imanlı olsaydı, çirkin işlərə imza atardılarmı?

O ki qaldı Mübariz İbrahimovlara, Albert Aqarunovlara və ölkəmizdə yaşayan digər kiçik xalqların nümayəndələrinə, əlbəttə, söhbət onlardan getmir və mən öz yazımda onları qeyd etməmişəm. Necə deyərlər, sözü çarpıtmayın. Sizin dediyiniz kimi, anası erməni olub, ölümə təslim olan Ənvər Fərəc oğlu Dəstgüşadə ilə müqayisə aparsaq, çoxluğun və ya azlığın necə olduğunu araşdırsaq, məncə, bu nümunə təkdir və ya az rast gəlinəcək saydadır. Bəlkə nə zamansa bu nümunələr çoxala bilər, amma bunun tezliklə baş verəcəyini güman etmirəm. Keçən yazıda da qeyd etdim ki, “Turan” sözü gələndə İslama xor baxan adamlar niyə səlib yürüşlərinin başqa dinlərin yox, məhz İslamın üzərinə düzənləndiyinə fikir versinlər. Bu adını çəkdiyiniz xalqlarla bağlı söz danışmaq belə artıqdır. Odur ki, mənim fikirlərimi təhrif etməyin. Mən onlarla bağlı hər hansı bir işarə belə etməmişəm, etmərəm də. Burada sizin kəliməniz belə artıqdır.

Və sizin mənim yazımda niyə məhz bu nüansı görməyiniz də maraqlıdır. Sizdən və bir çox Turançılardan fərqli olaraq, mən millətin və millətçiliyin yanında mütləq din, iman, Allah amilinin nəzərə alınmasının mühüm olduğunu yazmışam. Türkiyədəki MPH partiyası öndərlərindən Alparslan Türkeşin də sözlərini misal olaraq çəkdim və göstərdim ki, bu səviyyədə siyasi lider İslama, imana necə önəm verib və türklüklə islamın bir-birindən ayrılmaz olduğunu göstərib. Məncə, burada mənim təkrarıma hacət yoxdur: “Tanrı dağı qədər türk, Hira dağı qədər müsəlmanıq”, “Türklük bədənimiz, İslamiyyət ruhumuzdur. Ruhsuz bədən cəsəd olur”, “Əxlaqçılıq anlayışımız, türk əxlaqı və müsəlmanlıq  inancından meydana gəlmişdir”, yəni mənəviyyat anlayışımız Türk əxlaqından və İslam inancından meydana gəlmişdir… Məncə, bu sözlər yetərlidir. Qəribədir ki, dini önə çəkən insanlar millətçiliyə hücum etmir, amma özlərinin millətçiliyini qabardanlar dinə, İslama hücum edirlər. Və ya imanlılar digər dinlərin mənsublarına və imansızlara – atesitlərə, deistlərə sayqı duyarkən, millətçilərdən və ya deistlərdən bunun əksini görürük. Ən azı mənim şəxsən şahid oduğum bir-neçə nümunə var. Ən çox da sizin ifadə etdiyiniz kimi, İslamı “Məhəmmədin nağılları” adlandırmaqla. Bu fikirləri dilə gətirənlərin dini biliklər bazası nə qədərdir? Ümumiyyətlə, varmı? Məncə, yox. İslamı pisləyənlər, dinə lağ edənlərin dərin dini bilgisinin olduğunu zənn etmirəm, elə tanış olmadıqları üçün də müxtəlif hədyanları səsləndirməyə çəkinmirlər. Fikrimcə, insan mükəmməl bir ideologiya yarada bilməz, daha doğrusu ortaya qoya bilməz.

Fikrimcə, Türkiyə prezidenti hörmətli R.T.Ərdoğan Turan coğrafiyasını və keçmiş Osmanlı coğrafiyasına aid olan Yaxın Şərqdəki əraziləri, həmçinin Pakistan, İndoneziya, Malayziya dövlətlərini millət və islam üzərində birləşdirəcək. Sizcə, Ayasofiya məscidinin imamı təsadüfənmi İslami terminləri, faizdən imtina edilməli olduğunu səsləndirir? Ayasofiya təsadüfənmi muzeydən məscidə çevrildi? Ayasofiya məscidinin imamı 10 fevral tvitində təsadüfənmi “1921 və 1924-ci il Anayasalarında dövlətin dini islam idi və laiklik (sekulyarlıq) yox idi. Cümhuriyyət fabrika ayarlarına dönsün”, – dedi? Türkiyə prezidenti islam dövlətlərini təsadüfənmi birləşməyə çağırır?

İslamdan qorxmağa gəlincə, hələ Osmanlı zamanında heç vaxt hansısa dinə məcburiyyət olmayıb. Hətta İslami tendensiyanı vurğlanması ilə Türkiyənin də çevrilib şəriət dövləti olmasını gözləmək lazım deyil. Amma qlobalizmdə millətlərin ümumi insan toplumuna çevrilməsinin qarşısını yalnız milli və dini dəyərlər ala bilər. Yalnız bu iki amil bizi biz kimi saxlaya bilər və əriməyimizə imkan verməz. Və imanlıların sizlərə sayqılı olduğu kimi, siz də ən azı onlara sayqılı olmağa cəhd edin. İslama “Məhəmmədin nağılları” demək ən azı sayqısızlıqdır. Əvvəl-axır yerə səyahəti tamamalayıb, “zaman kreditinizi” bitirdiyinizdə döndüyünüz ünvan Allah olacaq.

Şuşanın “sokral aurası” olan şəhər olduğuna gəlincə, bu yerin yetişdirdiyi insanlara baxın. Dünyada xüsusi energetikası olan belə şəhərlər və məkanlar var. Məsələn, İstanbul, Məkkə, Mədinə, Qüds kimi, Krım kimi. Sokral yerlərin dövlətin həyatında da rolu fərqli olur. Fikrimcə, Şuşa sadaladıqlarım kimi müqəddəslik titulu olmasa da qeyri-adi yerdir. Əminəm ki, Azərbaycan dövlətçiliyində, keçmişdə olduğu kimi, gələcəkdə də xüsusi yeri olacaq.

Ülviyyə ŞÜKÜROVA