“İslahatlar olmasa, teatrlarla xudahafizləşməli olacağıq”-Tanınmış tənqidçidən HƏYƏCAN TƏBİLİ

1242

Artıq bir ildir ki, bütün bəşəriyyəti cənginə alan “COVİD-19” adlı pandemiya ilə mübarizə aparırıq. Bu bir il ərzində respublikamızda ölkələr arasında az itki ilə qabaqlayıcı tədbirlər həyata keçirilməkdədir. “Covid-19” fəsadının insanların həyatına vurduğu ən ağır ölüm halları ilə yanaşı, cəmiyyətin ictimai-siyasi-mədəni həyatına da mənfi təsiri danılmazdır. Hər hansı bir formada bütün addımlar onlayın görüşlər, dərslər hətta teatr, tamaşa, konsert müəssisələri və müzeylərin də işini xeyli çətinləşdirməklə danılmaz faktorlar qarşısında qoymaqdadır.

Artıq bir ildir ki, ölkəmizdə fəaliyyət göstərən iyirmi səkkiz adda dövlət statuslu teatrlarda bağlanmaqla onlayn fəaliyyət göstərirlər. Ancaq baxaq görək ki, teatrlarımız üçün onlayın fəaliyyət qənaətbəxş hesab edilə bilərmi? Tanınmış teatrşünas-tənqidçi Anar Burcəliyev bu suala birmənalı olara “yox” cavabı verir: “Bu kimi fəaliyyət onunsuz da normal həyat tərzi zamanında belə tamaşaçı qıtlığından əziyyət çəkən teatrlarımızı növbəti burulğanın, odun və alovun içərisinə atdı. İlk öncə qeyd etməliyəm ki, artıq bir ildir teatrlarımızda normal qaydada repertuar siyasətinin tənzimlənməsi, təyin edilməsi və yeni tamaşaların hazırlanması mümkünsüzdür. Pyesin ilkin hazırlanma mərhələsi olan “çitka” deyilən stolüstü oxunuşlardan başqa, digər pyesin hazırlanma prosesini onlayın formatda artıq həyata keçirmək mümkün deyil. Nə qədər yüksək düşüncəli və traktofkalı rejissor olsa belə, səhnə mizanlarının təyin edilməsi və aktyorlarla qarşılıqlı işləmə prosesini onlayın formatda tənzimləyə bilməz. Bu, absurddur”.

Anar Burcəliyev hesab edir ki, nəticə etibarı ilə hər hansı bir teatr “yeni tamaşa hazırlayıram” deyərkən, həm özünü, həm də cəmiyyəti aldatmış olur: “Ən əsası da bu vaxta kimi canlı aktyor ifasının səhnədə heç nə ilə əvəzlənə bilməməsi haqqında ağızdolusu danışaraq, tamaşaçıları teatra cəlb etmək istədiyimiz halda, bu bir il ərzində onları yenidən onlayın seyretmə prosesinə cəlb etməyə çalışdıq. Bununla da teatrlarımız böyük bir tamaşaçı auditoriyasını itirməklə əvvəldə qeyd etdiyim inamın da üstündən birdəfəlik xətt çəkdi. Nəticə etibarı ilə qısa zaman kəsiyində müəyyən tamaşaçı auditoriyasının say tərkibini müəyyən etməklə tamaşaçılarımızı canlı olaraq teatrlarımızın zallarına qaytarmasaq böyük tarixi ənənələri olan sənətimizi məhv etmiş olacıq. Əslində, artıq tamaşaçıları teatrlara cəlb etmə prosesi də elə də asan olmayacaq. Burada teatr prodisür-menecer fəaliyyətinin və ictimaiyyətlə əlaqələrin düzgün tənzimlənməsi teatr rəhbərlərinin xüsusi olaraq diqqətində saxlanılmaqla, fəaliyyətin yenidən canlanmasına xidmət etməlidir. Əksər teatr rəhbərləri isə demək olar ki, heç normal qaydada belə bu fəaliyyəti tənzimləyə bilmədiyi üçün tamaşaçı qıtlığından əziyyət çəkirdi, o ki qaldı indi pandemiya dönəmindən sonra bu fəaliyyəti qurmaq imkanında olsunlar. Demək ki, teatrlarımızın normal fəaliyyəti üçün həm də teatr rəhbərləri arasınsda da yeni reformaların həyata keçirilməsinə ehtiyac olacaq. Əks təqdirdə cəmiyyətimiz teatr adlanan bir mədəniyyət ocaqları ilə birdəfəlik xüdafisləşməli olacaq”.

Hurriyyet.org