İsgəndər Həmidov VƏFAT ETDİ

    Azərbaycanın sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib. 

    Hurriyyet.org xəbər ki, bu barədə Tibb elmləri doktoru, professor Adil Qeybulla sosial şəbəkədə məlumat verib. 

    Qeyd edək ki, yanvar ayının 24-də İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib. Əvvəlcə Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən İ.Həmidov sonradan “Bakı City Hospital”a köçürülmüşdü.

    Xatırladaq ki, İsgəndər Həmidov 1948-ci ildə oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. O, 1992-93-cü ildə Azərbaycanın Daxili İşlər naziri vəzifəsində çalışıb.