İraqda üç günlük matəm elan edilib – 82 nəfər ölüb, 100-dən çox adam xəsarət alıb

45

Aprelin 25-də İraqın paytaxtı Bağdadda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxananın reanimasiya şöbəsində baş verən yanğın nəticəsində ən azı 82 nəfər ölüb, 100-dən çox adam xəsarət alıb.

“Reuters” və AFP-in yaydığı məlumata görə, anbarda oksigen balonu partlayıb. Xəstəxanada yanğından mühafizə sistemi olmayıb və həm də xəstəxanadakı matreallar tez alışan matreallar olub.

Məlumatlara görə, xəstələrin çoxu tənəffüs aparatlarından ayrılmalı olduqları üçün ölüblər. Ölkədə üç günlük matəm elan edilib. Səhiyyə naziri müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.

“AzPolitika.info”