İraq Türkmən Cəbhəsinə yeni sədr seçildi

24

Hurriyyet.org xəbər verir ki, İraq Türkmən Cəbhəsinin yeni sədri vəzifəsinə Həsən Turan seçilib.

İraq Türkmən Cəbhəsinə 2011-ci ildən bəri Erşad Salihi rəhbərlik edirdi. Həsən Turan onun müavini idi.

İdarəetmə Şurasının iclası Kərkükdə keçirilib.

İTC 1997-ci ildən bəri İraqdakı bütün türkmənlərin  təmsil edildiyi ən əsas siyasi partiya hesab edilir.

Erşad Salihi bundan sonra da Türkmənelinə və türk dünyasına xidmət etməyə davam edəcəklərini bildirib.